SON XƏBƏRLƏR
Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırır

Yazının dərc olunma Tarixi: 12/11/2019

Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandıracaq. Bu barədə "Report"a bu ölkənin Bakıdakı diplomatik nümayəndəliyindən məlumat verilib.

Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırır Bildirilib ki, bununla əlaqədar inzibati prosedurlara başlanılıb və ilk addım olaraq Perunun Bakıdakı səfirliyinin konsulluq şöbəsi yalnız dekabrın 15-dək fəaliyyət göstərəcək.

Qeyd olunur ki, Peru səfirliyi Azərbaycandakı fəaliyyətini 2020-ci il martın 1-də tamamilə dayandıracaq.

"Bu tarixdən sonra maraqlananlar Perunun Ankaradakı səfirliyi ilə əlaqə saxlamalıdırlar", - diplomatik nümayəndəlikdən vurğulayıblar.

Xatırladaq ki, Azərbaycanda Peru səfirliyi 2017-ci ilin iyun ayında açılıb.



Fikrini bildir