SON XƏBƏRLƏR
MİLLİ MƏCLİS BURAXILDI - 99 deputat lehinə, 1 nəfər əleyhinə səs verib

Yazının dərc olunma Tarixi: 2/12/2019

Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.
MİLLİ MƏCLİS BURAXILDI - 99 deputat lehinə, 1 nəfər əleyhinə səs verib
Layihəni MM sədrinin müavini Bahar Muradova deputatların diqqətinə çatdırıb.

Qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib.

Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. Bir deputat isə səsvermədə iştirak etməyib.

Səsvermədən sonra spiker Oqtay Əsədov deyib ki, Milli Məclisin dekabrın 3-də keçiriləcək plenar iclası V çağırış üçün sonuncu iclası ola bilər.

***

Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin iclası başlayıb.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılır.

Milli Məclisin iclasında parlamentin buraxılması ilə bağlı qərarın hazırlanması üçün Redaksiya Heyəti yaradılıb. Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, Redaksiya Heyətinə parlamentin vitse-spikeri Bahar Muradova, Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli, deputat Fəzail İbrahimli, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov və deputat Sahibə Qafarova daxildir.

***

Noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Hakim partiya YAP parlamentdə 69 deputatla təmsil olunur. Ötən günlərdə bitərəf deputatların da rəylərindən belə anlaşılır ki, parlamentin buraxılması qarşısında ciddi maneə olmayacaq.

Parlament buraxılarsa yaxın 3 ay ərzində yeni növbədənkənar seçkilər keçirilməlidir. Azərbaycan üçün yeni təcrübə olsa da, bir sıra demokratik ölkələrdə bu təcrübə geniş yayılıb.

***

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasın gündəliyinə yalnız bir məsələ daxildir.

Millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə edəcəklər.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.



Fikrini bildir