SON XƏBƏRLƏR
Rusiya Azərbaycanı və Ermənistanı danışıqlara çağırır

Yazının dərc olunma Tarixi: 13/7/2020

Rəsmi Moskva Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar narahatlığını və durumun stabilləşməsi üçün yardım göstərəcəyini bildirib.

Rusiya Azərbaycanı və Ermənistanı danışıqlara çağırırRusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

“Məlumata görə, döyüş əməliyyatları davam edir. Artilleriyadan istifadə olunur. Öldürülənlər və yaralananlar var. Həlak olanların doğmaları və yaxınlarına başsağlığı veririk”, - deyə bəyanatda bildirilib.

“Bölgənin təhlükəsizliyini təhdid edən eskalasiyanın yolverilməz olduğunu düşünürük. Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməkliyi göstərməyə hazırdır", - deyə bəyanatda daha sonra vurğulanıb.



Fikrini bildir