SON XƏBƏRLƏR
Azərbaycan Ordusunda yay tədris dövrü başladı

Yazının dərc olunma Tarixi: 5/8/2020

Cari il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yay tədris dövrü başlayıb.

Azərbaycan Ordusunda yay tədris dövrü başladıMüdafiə Nazirliyinin saytı bildirir ki, bütün hərbi hissələrdə keçirilən tədbirlərdə tədris dövrü üçün əsas məqsədlər və vəzifələr, eləcə də onların icra qaydaları diqqətə çatdırılıb.

Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklər nəzərə alınaraq keçiriləcək.

Yay tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazasının vəziyyəti yoxlanılıb.

Tədris dövrünün birinci günündə bütün hərbi hissələrdə yüksək səmərəliliyi və keyfiyyəti ilə fərqlənən döyüş hazırlığı məşğələləri başlayıb.



Fikrini bildir