SON XƏBƏRLƏR
XİN rəsmisindən ermənilərin bölgədəki qanunsuz fəaliyyətləri ilə bağlı AÇIQLAMA

Yazının dərc olunma Tarixi: 31/10/2020

XİN rəsmisindən ermənilərin bölgədəki qanunsuz fəaliyyətləri ilə bağlı AÇIQLAMA
“Sentyabrın 27-dən başlayaraq, Azərbaycan Respublikasının silahlı qüvvələri Ermənistanın ölkəmizə qarşı başlatdığı yeni hərbi təcavüzə cavab olaraq, özünümüdafiə əsasında əks-həmlə tədbirlərini həyata keçirir”.

Məlumata görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bugünədək dəfələrlə beynəlxalq müstəvidə bəyan edib ki, məhz Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcudluğu, işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən həyata keçirən qanunsuz fəaliyyətlər bütün bölgəyə ciddi təhdid təşkil edir.

O qeyd edib ki, Azərbaycan ordusu qarşısında aciz qalan Ermənistan mülki şəxsləri hədəfə alıb: “Onlara qarşı qadağan olunan silahlardan istifadə edib. Azərbaycan ordusu 27 sentyabrdan başlatdığı əks-hücum tədbirlərini beynəlxalq hüquqi norma və prinslərə uyğun şəkildə həyata keçirir”.



Fikrini bildir