SON XƏBƏRLƏR
Putin Təhlükəsizlik Şurası ilə Əliyev və Paşinyanla görüşün nəticələrini müzakirə etdi

Yazının dərc olunma Tarixi: 15/1/2021

Putin Təhlükəsizlik Şurası ilə Əliyev və Paşinyanla görüşün nəticələrini müzakirə etdiRusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib. O, iclas iştirakçılarına 11 yanvarda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ tənzimlənməsinə dair aparılan üçtərəfli danışıqların nəticələri barədə məlumat verib.

Bu barədə TASS məlumat yayıb.

"Azərbaycan və Ermənistandan olan həmkarlarımla görüşün nəticələri barədə sizə məlumat vermək istəyirəm", - Putin deyib.

O, Xarici İşlər naziri Sergey Lavrovun da hesabatla çıxış edəcəyini vurğulayıb.

İclasda Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri - Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Müdafiə naziri Sergey Şoyqu və digər rəsmilər iştirak ediblər.



Fikrini bildir