SON XƏBƏRLƏR
Prezident Administrasiyasının nümayəndəsi REAL-ın qərargahında

Yazının dərc olunma Tarixi: 20/1/2021

Prezident Administrasiyasının nümayəndəsi REAL-ın qərargahındaÖtən gün Respublikaçı Alternativ Partiyasının (REAL) ofisində Prezident Administrasiyasının Qanunvericilik hakimiyyəti və siyasi partiyalarla əlaqələr şöbəsinin sektor müdiri ilə görüş keçirilib.

Partiyanın sədri İlqar Məmmədovun sosial şəbəkələrdəki rəsmi səhifəsində dərc edilmiş bəyanatında belə deyilir.

Görüş zamanı hakimiyyətlə REAL Partiyası arasında siyasi dialoqun növbəti mərhələlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Partiyanın siyasi komitəsinin üzvü Natiq Cəfərli və partiyanın sədri İlqar Məmmədov ölkədə demokratik cəmiyyətin möhkəmləndirilməsi üçün bu cür dialoqun və əməkdaşlığın vacibliyini qeyd ediblər.



Fikrini bildir