SON XƏBƏRLƏR
BAŞ PROKURORLUQDAN UĞURLU NƏTİCƏ: ÖLKƏMİZ BEYNƏLXALQ ANTİ-KORRUPSİYA AKADEMİYASINDA TƏMSİL OLUNDU

Yazının dərc olunma Tarixi: 28/10/2021

BAŞ PROKURORLUQDAN UĞURLU NƏTİCƏ: ÖLKƏMİZ BEYNƏLXALQ ANTİ-KORRUPSİYA AKADEMİYASINDA TƏMSİL OLUNDU
Azərbaycanın prokurorluq orqanlarının uğurları davamlıdır... Belə ki, ölkəmiz korrupsiyaya qarşı mübarizə istiqamətində əldə etdiyi uğurlar sayəsində Azərbaycan dünyanın anti-korrupsiya qurumlarına üzv olmaqla bərabər, beynəlxalq tədbirlərdə də bu istiqamətdə öz sözünü deyə bilir... Nümunə olaraq oktyabrın 27-də Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin Qərargahında Azərbaycanın üzv olduğu Beynəlxalq Anti-Korrupsiya Akademiyası beynəlxal təşkilatının Üzv Dövlətlərinin onuncu sessiyasının növbəti iclası keçirilib. Bu barədə "Təzadlar"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Onuncu sessiyada həmin beynəlxalq təşkilatın idarə edilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib, o cümlədən Akademiyanın rəhbər qurumu olan İdarə Heyətinə seçkilər keçirilib. Avropa Regionundan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Musayev Elnur Novruz oğlunun namizədliyi irəli sürülmüşdür. Namizədlər Beynəlxal Anti-Korrupsiya Akademiyasının növbəti illərdə inkişafı və nüfuzunun artırılması ilə bağlı platforma xarakterli təqdimatlarla çıxış etmişlər. Gərgin rəqabət şəraitində keçən seçkidə E.Musayev səs çoxluğu ilə Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilmişdir.
Məlumat üçün bildiririk ki, Elnur Musayevə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.

Elnur Musayevi təbrik edir, daha böyük beynəlxalq uğurlar arzulayırıq.

A.Məmmədli



Fikrini bildir