SON XƏBƏRLƏR
Əliyev və Paşinyan Brüsseldə görüş keçirmək barədə razılığa gəldilər

Yazının dərc olunma Tarixi: 20/11/2021

Əliyev və Paşinyan Brüsseldə görüş keçirmək barədə razılığa gəldilər
...Ermənistanın 44 günlük Zəfər müharibəmizdəki qələbəsi bölgədə bütün reallıqları dəyişdi... 30 il ərzində Azərbaycan torpaqlarını işğal etmək barədə düşünən Ermənistan bu 30 ildə bizə şərtlərini diqtə edirdi, sülh razılaşmasından qaçırdı. Təki Azərbaycanın daxilində ikinci bir erməni dövləti yaradılsın...
***
İndi əksinədir, Azərbaycan tarixi ədaləti bərpa edib BMT-nin Ermənistana qarşı icra edilməyən 4 qətnaməsini icra etdi. Buna görədir ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığından sonra dekabrın 15-də Brüsseldə Aİ-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşün keçirilməsi barədə razılığa gəliblər. Bu barədə RİA Novosti məlumat yayıb.
"Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Aİ-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə görüş keçirməyi təklif edib. Liderlər Brüsseldə görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər - regionda vəziyyət və gərginliyin aradan qaldırılması yolları müzakirə olunacaq”, - sənəddə deyilir.
Bəli, Ermənistan Paşinyanın timsalında anlayır ki, Azərbaycan artıq 30 il əvvəlki dövlət deyil...
A.Məmmədli



Fikrini bildir