SON XƏBƏRLƏR
Nazir Saakaşvilinin hansı şərtlərlə azadlığa buraxıla biləcəyini açıqladı

Yazının dərc olunma Tarixi: 23/11/2021

Nazir Saakaşvilinin hansı şərtlərlə azadlığa buraxıla biləcəyini açıqladı
...Saakaşvili bu şərtlərlə azadlığa buraxıla bilər. Əks halda, gerçəkdən Gürcüstanın siyasi hakimiyyəti ağrımayan başına buz bağlamış olacaq... Belə ki, "Mixeil Saakaşvilinin həbsdən azad edilməsi üçün müvafiq hüquqi baza lazımdır, lakin qeyd-şərtsiz səslənən tələblərin hüquqi əsası yoxdur", - deyən ölkənin ədliyyə naziri Rati Breqadze bildirib ki, Saakaşvilinin hansı şərtlər əsasında azadlığa buraxıla bilər... Onun sözlərinə görə, dövlət həmişə qanunvericiliyə uyğun hərəkət edəcək: “Bütün bunlar üçün müvafiq hüquqi əsaslar lazımdır. İnsanın həbsdən çıxması üçün cəzasını çəkməli və ya əfv olunmalı, ya da amnistiyaya düşməli, yaxud da, cəzanın icrasının təxirə salınmasından söhbət gedirsə, burada ona məhkəmənin hökmü lazımdır. Bu məsələlər Gürcüstan qanunvericiliyinə uyğun olaraq öz həllini tapır və təbii ki, belə qeyd-şərtsiz səslənən tələblərin hüquqi əsası yoxdur. Əlbəttə, biz həmişə qanuna uyğun hərəkət edəcəyik və Gürcüstan qanunvericiliyini sona qədər qoruyacağıq”, - deyə Rati Breqadze bildirib.
Beləliklə, nazirin qeyd etdiyi şərtlərdən hansının ölkə üçün daha məqbul olduğu tezliklə bilinəcək.
A.Məmmədli



Fikrini bildir