SON XƏBƏRLƏR
"Saakaşvili məhkəmə qarşısına çıxaraq həqiqəti demək istəyir"

Yazının dərc olunma Tarixi: 25/11/2021

"Saakaşvili məhkəmə qarşısına çıxaraq həqiqəti demək istəyir"
"Mixeil Saakaşvili məhkəmə qarşısına çıxarılmasını, açıq məhkəmə prosesinin baş tutmasını və gürcü xalqı qarşısında həqiqəti demək istəyir". Pravdainfo.org xəbər verir ki, bu barədə sabiq prezidentin vəkili Nika Qvaramia bildirib. O, deyib ki, Saakaşvilinin Bidzina İvanişvilinin məhkəməsinə güvəni yoxdur, lakin təklifi var:
"Saakaşvili bəyanatında bildirir ki, onun ədalətsiz olan məhkəmənin qarşısına çıxmaq hüququnu belə əlindən alıblar. O bildirir ki, Bidzina İvanişvilinin məhkəməsinə güvəni yoxdur. Halsız olmasına baxmayaraq, Saakaşvili məhkəmə qarşısına çıxarılmasını, açıq məhkəmə prosesinin baş tutmasını və gürcü xalqı qarşısında həqiqəti demək istəyir. O, bir daha bəyan etdi ki, Bidzina İvanişviliyə platforma təklif edib və bu platformada tam şəkildə iştirak edəcək. Burada xüsusi şəkildə yaradılmış məhkəmə nəzərdə tutulur. Aydın məsələdir ki, ölkə konstitusiyası xüsusi məhkəməni inkar edir, ancaq bu Saakaşvilinin və hakimiyyətin inandığı bir format olacaq. Sözügedən məhkəmə ədalətli və tərəfsiz olarsa, Saakaşvili gürcü xalqı qarşısında günahsız olduğunu sübut edəcək. Saakaşvili bu cür məhkəmədən qorxmur, Bidzina İvanişvili isə qorxur. Buna görə də İvanişvili bu cür məhkəmə ideasına imkan verməmək üçün maksimum çalışacaq", - deyə N. Qvramia bildirib.



Fikrini bildir