SON XƏBƏRLƏR
Gürcüstanda o sizə lazım deyilsə, onu Ukraynaya qaytarın"

Yazının dərc olunma Tarixi: 4/12/2021

Gürcüstanda o sizə lazım deyilsə, onu Ukraynaya qaytarın"
"Gürcüstanda Mixail Saakaşvili sizə lazım deyilsə, onu Ukraynaya qaytarın, bizə lazımdır". Pradainfo.org Gürcüstan KİV-lərinə istinadla bildiri ki, bu sözləri Mixeil Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko deyib. O, eks-prezidentin səhhətindən də danışaraq, Saakaşvilinin zəif olduğunu bildirib:
“Mixeil Saakaşvili zəifdir, onu bir neçə dəfə uzanıb dincəlməyə məcbur ediblər, təəssüf ki, zəifdir. O, ilk növbədə bu soyuq havada prosesləri işıqlandırmağa çalışan jurnalistlərə salamlar göndərir. Demək istədiyim odur ki, dünənki məhkəmə bizə göstərdi ki, Gürcüstanda Saakaşviliyə qarşı ittihamlar var və belə görünür ki, hakimiyyət Mixeil Saakaşvilini öldürmək istəyir və onu uzun illər azadlıqdan məhrum edilməsini istəyir. Əgər sizə Gürcüstanda Mixeil Saakaşvili lazım deyilsə, onu Ukraynaya qaytarın, bizə lazımdır”, - deyə Liza Yasko bildirib.



Fikrini bildir