SON XƏBƏRLƏR
Bu gün "2012 TC4" asteroidi Yer kürəsinin yanından keçəcək

Bu gün "2012 TC4" asteroidi Yer kürəsinin yaxınlığından keçəcək.
Bu gün "2012 TC4" asteroidi Yer kürəsinin yanından keçəcək
“Report” “RT”-ə istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, asteroid Yer kürəsinin yanından keçəndə onunla planetimiz arasında məsafə Yer kürəsi ilə Ay arasında olan məsafənin onda birini təşkil edəcək. NASA-nın qənaətinə görə, göy cismi ilə Yer kürəsi arasında məsafə 42 min km olacaq. Bu, planetimiz üçün təhlükəsizdir.

Qeyd edək ki, bundan fərqli olaraq ötən ay Yer kürəsinin yaxınlığından keçən və bütün müşahidələr dövründə ən iri asteroid sayılan "Florence" ilə planetimiz arasında təhlükəli məsafə var idi.


Fikrini bildir