SON XƏBƏRLƏR
Coğrafiya İnstitutu Şamaxı Astrofizika Rəsədxanasının ittihamına münasibət bildirib

AMEA-nın Coğrafiya İnstitutu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin ittihamına münasibət bildirib.
Coğrafiya İnstitutu Şamaxı Astrofizika Rəsədxanasının ittihamına münasibət bildirib
İnstitutun direktoru Ramiz Məmmədov "Report"a açıqlamasında bildirib ki, Coğrafiya İnstitutu geomaqnit qasırğaları ilə bağlı məlumat vermir: "Elçin Babayev doğru deyir, o bizim işimiz deyil".

Direktorun sözlərinə görə, institutun əməkdaşları elə məlumat verə bilməz: "Moskvadan bir neçə gündür ki, geomaqnit qasırğasının olacağı ilə bağlı məlumat gəlib. Ola bilsin ki, kimsə açıqlamasında ona istinad edib, amma jurnalistlər tam yazmayıb, dəyişdirib. Mənim əməkdaşlarım elə bir açıqlama verə bilməz, ancaq istinad edə bilərlər. İstinadla danışmaq isə təbii ki, olar".

Qeyd edək ki, bu gün AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev jurnalistlərə açıqlamasında Coğrafiya İnstitutu barəsondə tənqidi fikirlər səsləndirib. O deyib ki, Coğrafiya İnstitutunun geomaqnit qasırğaları ilə bağlı məlumat verməsi tamamilə yersizdir".

Onun sözlərinə görə, kosmik hava ilə bağlı məsələ sırf astro-fiziki proseslərdir: "Ümumiyyətlə, üç gündən artıq verilən proqnozlar çox çətinliklə özünü doğruldur. Ona görə də hər kəs öz işi ilə məşğul olsa, daha yaxşıdır".


Fikrini bildir