SON XƏBƏRLƏR
Salyanda nöqsanlara görə işdən çıxarılan idarə rəisinin yerinə təyinat olub

Salyan rayonunda Statistika idarəsinə yeni rəis təyinatı olub.
Salyanda nöqsanlara görə işdən çıxarılan idarə rəisinin yerinə təyinat olub
“Report”un Aran bürosu xəbər verir ki, Elnur Akif oğlu Hüseynov Salyan rayon Statistika idarəsinin rəisi təyin edilib.

E.Hüseynov bu təyinata kimi rayonun Kürqaraqaşlı kənd ərazi nümayəndəliyinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, rayon Statistika idarəsinin əvvəlki rəisi Nicat Əsgərov bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunmuşdu. Bu vəzifə Statistika Komitəsi tərəfindən vakansiyaya çıxarılmışdı.


Fikrini bildir