SON XƏBƏRLƏR
"İnterpol" xətti ilə beynəlxalq axtarışda olana hökm oxundu

Yazının dərc olunma Tarixi: 20/9/2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Pirişovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"İnterpol" xətti ilə beynəlxalq axtarışda olana hökm oxundu
"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesində hökm oxunub.

O, məhkəmənin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib

İttiham aktına əsasən, E.Pirişov tanışı Emin Quliyevin 63 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Məhkəmə orqanı tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən zaman E.Pirişov ölkədən qaçıb. Daha sonra onun barəsində "İnterpol" vasitəsilə beynəlxalq axtarış elan edilib və Türkiyədə həbs edilərək Azərbaycana gətirilib.

E.Pirişov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

E.Pirişov istintaqa verdiyi ifadəsində deyib ki, maşın alveri ilə məşğul olub və dostlarına xaricdən maşın gətirməyi təklif edib.

E.Pirişov 10 illik dostu E.Quliyevə cüt rəqəmlə bitən nömrə də alacağı vədini verib.



Fikrini bildir