SON XƏBƏRLƏR
Türkiyədə beş azərbaycanlı qadın buna görə saxlanıldı

Yazının dərc olunma Tarixi: 24/10/2018

Türkiyənin Niğdə bölgəsində polis yeddi əcnəbi qadını saxlayıb.
Türkiyədə beş azərbaycanlı qadın buna görə saxlanıldı
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, əməliyyat Bor rayonundakı əyləncə məkanlarından birində həyata keçirilib.

Saxlanılanlardan beşi Azərbaycan, biri Özbəkistan, biri Qırğızıstan vətəndaşıdır. Onlara qarşı icazəsiz əmək fəaliyyəti ilə məşğul olma ittihamı irəli sürülüb.

Bundan başqa, iki türkiyəli qadın da saxlanılıb. Polisdən verilən məlumata görə, məkanda aparılan axtarış zamanı bir ədəd ov tüfəngi, bir ədəd tapança və xeyli sayda sursat aşkar edilib.

Saxlanılan əcnəbilərin deportasiya ediləcəyi bildirilib.



Fikrini bildir
TƏQVİM
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30