SON XƏBƏRLƏR
Vahid Ələkbərov Rusiyanın üçüncü ən varlı biznesmenidir

Yazının dərc olunma Tarixi: 18/4/2019

“Forbes” jurnalı Rusiyanın ən zəngin iş adamlarının illik reytinqini tərtib edib.
Vahid Ələkbərov Rusiyanın üçüncü ən varlı biznesmenidir
Nəşrin məlumatına görə, bu il ən zəngin rusiyalı biznesmenlərin siyahısına “Sibura” və “Novateka” şirkətlərinə sahib olan Leonid Mixelson başçılıq edir. Onun varidatı 24 milyard dollara yaxındır.

İkinci yerdə 21,3 milyard dollar sərvətlə “NLMK” Şirkətlər Qrupu Direktorlar Şurasının sədri Vladimir Lisin göstərilib.

İlk üçlüyü “Lukoyl” şirkətinin əslən azərbaycanlı sahibi Vahid Ələkbərov tamamlayır. Onun sərvəti 20.7 milyard dollar civarında qiymətləndirilir.

Ümumilikdə jurnalın reytinqinə 100 dollar milyarderi və 100 multimilyonçu daxil edilib. Onların ümumi sərvəti 496 milyard dollar təşkil edir.



Fikrini bildir