SON XƏBƏRLƏR
Bakıdakı “Cavanşir” körpüsü sökülür

Yazının dərc olunma Tarixi: 5/6/2019

Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrinin birləşdirən, xalq arasında “Qaqarin” körpüsü kimi tanınan “Cavanşir” körpüsü söküləcək.
Bakıdakı “Cavanşir” körpüsü sökülür
“Report” xəbər verir ki, körpünün yerində yeni yolun salınması nəzərdə tutulub.

Xatırladaq ki, “Cavanşir” körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı bu körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Yaxın vaxtlara qədər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb.



Fikrini bildir