SON XƏBƏRLƏR
Zaqatalada xüsusi əməliyyat: 9 ton narkotik ələ keçirildi

Yazının dərc olunma Tarixi: 16/7/2019

Zaqatalada xüsusi əməliyyat: 9 ton narkotik ələ keçirildi
Zaqatalada rayonunda 9 ton narkotik bitki məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.
Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.



Fikrini bildir