SON XƏBƏRLƏR
“Palmali”ni hərraca çıxardılar, alan olmadı

Yazının dərc olunma Tarixi: 15/10/2019

İş adamı Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupunun Rostovda qeydiyyatdan keçmiş törəmə şirkəti olan “Palmali”yə məxsus gəmilər 6,4 milyard rubla (72 milyon dollar) satışa çıxarılsa da, alan olmayıb.

“Palmali”ni hərraca çıxardılar, alan olmadı Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Satış baş tutmamış elan edilib. Bu barədə Vahid Federal Məlumat Reyestrində məlumat yerləşdirilib.

Xatırladaq ki, hərraca 51 su nəqliyyatı vasitəsi çıxarılıb. Bura beş qayıq, 46 neft daşıyan gəmi və barj-yedək gəmisi aiddir. Hərrac oktyabrın 7-də baş tutmalı idi. Amma hərracda iştirakla bağlı heç bir müraciət daxil olmayıb.

“Palmali” şirkəti 2018-ci ilin noyabrında müflis elan edilib. “Sberbank” şirkətin müflis elan edilməsi üçün iddia qaldırıb. “Palmali”nin 13 milyarda yaxın borcu olduğu bildirildi.



Fikrini bildir