SON XƏBƏRLƏR
Düşmən Goranboyu atəşə tutub

Yazının dərc olunma Tarixi: 28/9/2020

Düşmən Goranboyu atəşə tutub
"Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
"Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - o əlavə edib.



Fikrini bildir