SON XƏBƏRLƏR
Düşmən hərbçiləri arasında dava: Ermənistandan gələnlər döyüşə girmək istəmir...

Yazının dərc olunma Tarixi: 17/10/2020

Azərbaycan ordusunun sarsıdıcı zərbələri altında hər gün ağır itkilər verən və geri çəkilən Ermənistan ordusunda kütləvi fərariliyin, mövqelərin özbaşına tərk edilməsi hallarının və könüllülərin döyüşə girməkdən imtina edərək qaçmasının kütləvi hal aldığı barədə Müdafiə Nazirliyi operativ məlumatlarında bildirir.

Düşmən hərbçiləri arasında dava: Ermənistandan gələnlər döyüşə girmək istəmir...İndi düşmən ordusunda çürümənin və deqradasiyanın sübutu kimi yaxın məsafədən çəkilmiş sensasion videokadrlar yayılıb. Kadrlara əsasən Cəbrayıl, yaxud Füzuli ərazilərində (relyefə əsasən) yerləşən düşmən hərbi bölmələrindən birində komandirlə Ermənistandan gələn “könüllülər” arasında əlbəyaxa davaya qədər gedib çıxan qarşıdurma baş verir.

Komandir Ermənistandan gələnləri ağır söyüşlərlə təhqir edərək onların “qərargahda gizlənib günlərini keçirdiklərini” deyir. Buna cavab olaraq “könüllü” ona söyüşləri yığışdırmaq barədə xəbərdarlıq edir, amma komandir dayanmır və Ermənistandan gələnlərə söyüşlər yağdırır. “Onda biz döyüş mövqeyinə getmirik, qoy qarabağlılar özləri döyüşsün, biz sizin üçün top yemi (“puşeçnaya myasa”) deyilik”, - ermənistanlı bildirir. Ardınca onların arasında əlbəyaxa dava başlayır...



Fikrini bildir
TƏQVİM
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31