SON XƏBƏRLƏR
ABŞ-da keçirilən seçkilərin nəticəsi ilə Tramp razılaşmır

Yazının dərc olunma Tarixi: 4/11/2020

ABŞ-da keçirilən seçkilərin nəticəsi ilə Tramp razılaşmır
“Biz hər yerdə qalib gəldik, biz tamamilə qalib gəldik”. Bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd, ABŞ-ın hazırkı Prezidenti Donald Tramp səsvermədən sonra seçicilərinə müraciətində bildirib. Hazır ki, mərhələdə Donald Tramp Cozef Baydenə mğlub olsa da o, bu nəticələrlə razılaşmır:
“Biz hər yerdə qalib gəlmişik. Ancaq bugünkü nəticələr çox fenomenaldır. Texas, Corciya, Şimali Karloina, Pensilvaniya və başqa ştatlarda qələbə qazandıq. Mən Baydenin qələbə qazanmasından şübhələnirəm”. O, çıxışında məhkəməyə müraciət edəcəklərini də qeyd edib:
“Ali məhkəmə vasitəsi ilə seçkidə qələbə qazandığımı sübut edəcəyəm”, - deyə Donald Tramp vurğulayıb.



Fikrini bildir