SON XƏBƏRLƏR
Cəbhə bölgəsində olan fransız jurnalisti hazırda Şuşa uğrunda gedən döyüşlərdən yazdı...

Yazının dərc olunma Tarixi: 7/11/2020

Cəbhə bölgəsində olan fransız jurnalisti hazırda Şuşa uğrunda gedən döyüşlərdən yazdı...
Fransanın "Le Monde" nəşrinin jurnalisti, Şuşa uğurunda gedən döyüşləri şərh edib...
Belə ki, jurnalist Qarabağ münaqişəsinin açarı olaraq "Şuşa döyüşü"nü şərh edib. O hazırladığı məqalədə Şuşada döyüşlərin şiddətli məqama çatdığını qeyd edib. "Təzadlar" Fransalı jurnalist Le Mondenin məqaləsini olduğu kimi sizə təqdim edirik:
"Azərbaycan gücləri 27 sentyabr hücumunun əsas məqsədi olan tarixi şəhərə çatdılar. Orada döyüşlər onların xeyrinə davam edir.
Şuşanın müdafiəçiləri paramparçadır. Hərbi təcili tibb maşınlarının arxasında üst-üstə yığılıblar, Stepanakertə onlarla qanlar içində, son nəfəslərində olan yaralı əsgərlər gəlirlər. Digər erməni əsgərləri dağdan dəhşət və qorxu içərisində üzüaşağı düşürlər... Bir də döyüşə yenidən atılacaqları naməlumdur.
Yolboyu snayper və artilleriya atəşləri altında erməni əsgərlərin tələm-tələsik tərk etdikləri əsgər əşyaları gözə dəyir.
Bu darmadağın olunma gününə çox bənzəyir. Stepanakertdə hakimiyyətin inkar etməsinə baxamayaraq 6 noyabr cümə günündən etibarən döyüş azərbaycanlı güclərin xeyrinə dönməyə başlayıb.
Xankəndi xəstəxanası: Bir həftədir azərbaycanlı güclər Şuşanın bir top atışı məsafəsində olan qapılarına dirəniblər.
Əsas cəbhə Daşaltı kəndinin yuxarı meşələrində donub qalıb, orada döyüşlər çox sərt şəkildə baş verib.
Üç gün ərzində azərbaycanlı xüsusi təyinatlı qüvvələr Şuşaya aparan yola şəhər müdafiəçilərinin gücünü yoxlamaq üçün gecə basqınları ediblər. Məhz bu hücumlara görə Xankəndini İrəvana bağlayan əsas yol 4 noyabrdan etibarən bağlanıb.
Bu şəhər hər iki icma tərəfindən Qarabağın Qüdsü (Yerusəlim) hesab edilir və dini-siyasi simvolu/rəmzi çox böyükdür, digər tərəfdən bu şəhər Xankəndinə baxan və nəzarət edən strateji əhəmiyyətini qoruyur.
"Azərbaycanlılar Şuşaya çatıblar, küçələrdə kalaşnikovlarla döyüşlər gedir", bunu Xankəndində əlillər üçün arabada oturmaqdan imtina edən və ayağından yaralanan, bağırmamaq üçün çənəsini tutmuş əsgər deyir. Bu yaralı əsgərin ətrafında xaos hökm sürür. Bu ərəfədə sırf güllə ilə yaralanmış 7 nəfəri gətirən yük maşını gəlir. Düzdür bomba zərbələri çox şiddətlidir, lakin yaralıların halı göstərir ki, əsasən qısa məsəfali üzbəüz döyüşlər gedir.
Təcili yardım maşınları saysız-hesabsız gediş-gəliş edirlər. Yaralı əsgərlər bir-birinin üzərinə qalaq-qalaq yığılıb. Bu təcili tibbi yardım maşınları bir nəçə gün əvvəl Daşaltından hər bir saatdan bir yaralı erməni əsgərləri gətirirdilərsə, indi hər 10 dəqiqədən bir ambulanslar gəlməkdədir.
Mən möcüzə nəticəsində qurtuldum, boynunu güllə sıyırıb keçmiş erməni yaralı əsgər deyir. Qardaşım ilə Şuşanın şimalında vuruşurdum, Xankəndi yolunda. Hücum o qədər şiddətli idi ki, geri çəkilməli olduq. Azərbaycan snayperləri isə ona Xankəndinin 4 kilometrliyində güllə atıblar. Bu isə ona işarədir ki, şiddətli bombalar altında inildəyən Xankəndi artıq Azərbaycanlı güclərin hücumundan sığortalanmayıb", - deyə jurnalist qeyd edib.



Fikrini bildir