Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev xəstəxanaya yerləşdirilib.Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqın Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.
Onun sözlərinə görə, Xalq artisti ötən gün infarkt keçirib: “E.Quliyev əvvəlcə özəl xəstəxanaya aparılsa da, daha sonra Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır”.
Qeyd edək ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.