SON XƏBƏRLƏR
Saakaşvilinin işi ilə bağlı saxlanılan 4 nəfər azadlığa buraxılıb

Yazının dərc olunma Tarixi: 20/1/2022

Saakaşvilinin işi ilə bağlı saxlanılan 4 nəfər azadlığa buraxılıb
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin ölkəyə qanunsuz daxil olmasına kömək etməkdə ittiham olunan 4 nəfər girov müqabilində azadlığa buraxılıb. Bu barədə qərarı az öncə Tbilisi Şəhər Məhkəməsinin hakimi Giorgi Keratişvili çıxarıb.
Qərara əsasən, Gürcüstan vətəndaşları Giorgi Narimanidze, Elquca Çomaia, Zurab Cocoria və Şalva Cocoria hər biri 5 000 lari məbləğində girov müqabilində azadlığa buraxılıblar.
Qərara əsasən, həmin şəxslər girov üçün olan məbləği 1 ay ərzində ödəməlidirlər.



Fikrini bildir