SON XƏBƏRLƏR
"Leninqrad vilayətinin rəhbərliyi Qarabağ separatçılarının təxribatlarının qarşısını almaqla bağlı söz verib"

 "Leninqrad vilayətinin rəhbərliyi Qarabağ separatçılarının təxribatlarının qarşısını almaqla bağlı söz verib"
"Leninqrad vilayətinin rəhbərliyi Qarabağ separatçılarının təxribatlarının qarşısını almaqla bağlı söz verib".
Bunu "Report"un Rusiya bürosuna Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.
Onun sözlərinə görə, Baş Konsulluğun əməkdaşları "Lenkekspo" sərgisində Ermənistanın stendində Qarabağın reklamı ilə bağlı vəziyyəti yaxından izləyib.
INWETEX-CIS TRAVEL - illik beynəlxalq turizm sərgisidir. Azərbaycanın turizm potensialını nəzərə alaraq, biz, adətən, bu cür tədbirlərdə iştirak edirik və ya sərgilərin gedişini izləyirik. Bu dəfə ermənilərin öz stendlərində Qarabağda turizmi də reklam etdiklərini gördük. Diasporu xəbərdar etdik, onlar da sərginin təşkilatçılarına etirazlarını bildirdi", - S.Qasımov bildirib.
O həmçinin qeyd edib ki, Leninqrad vilayətinin rəhbərliyi Azərbaycan tərəfinin mövqeyi ilə razılaşıb.
"Biz yazılı formada Leninqrad vilayətinin rəhbərliyinə baş verənlərdən narahat olduğumuzu bildirdik. Onlar bizə rəsmi cavab göndərərək sərginin özəl şirkət tərəfindən keçirildiyini və gələcəkdə belə təxribatların qarşısının alınacağını bildirdilər", - baş konsul vurğulayıb.
Xatırladaq ki, INWETEX-CIS TRAVEL turizm sərgisi Sankt-Peterburqda oktyabrın 12-14-də keçirilib. Qalmaqala səbəb Ermənistanın ekspozisiyasında Azərbaycanın işğal olunmuş ərazilərindən fotoşəkillər və digər materiallar təqdim etməsi olub.


Fikrini bildir