SON XƏBƏRLƏR
ƏDALƏT MURADOVUN İŞÇİLƏRİ BAŞ REDAKTORU ÖLÜMLƏ HƏDƏLƏYİB-YENILƏNIR

Yazının dərc olunma Tarixi: 3/5/2018

ƏDALƏT MURADOVUN İŞÇİLƏRİ BAŞ REDAKTORU ÖLÜMLƏ HƏDƏLƏYİB-YENILƏNIR

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, iqtisad elmləri doktru Rəşad Muradov özünün facebook səhifəsində "Təzadlar"ın baş redaktoru Asif Mərzilini ölümlə hədələyərək duelə çağırıb. O, universitet barədə qəzetdə dərc olunan yazılarla bağlı bütün həmfikirlərini fb səhifəsində jurnalisti ciddi şəkildə cəzalandırmağa çağırıb.

Bu gün Bakıda keçirilən "Formula-1" yarışını izləyən baş redaktorla telefon əlaqəsi saxladıq. Asif Mərzili Rəşad Muradov adlı müəllimin belə çağırış etməsindən təəssüfləndiyini bildirdi, bu barədə bir neçə dəqiqə sonra açıqlama verəcəyini söylədi.

Bu dəqiqələrdə baş redaktor əməkdaşımıza zəng vuraraq bunları dedi: "Rəşad Muradovun fb səhifəsinə daxil olaraq yazılanlarla tanış oldum... Bəli, Ədalət Muradovla bağlı onun özünə və Prezident yanında AAK sədrini əvəz edən Vəli Hüseynova sorğu vermişik, cavab verilmədiyindən AAK-ı məhkəməyə vermişik ki, sorğuya cavab versinlər... Ədalət Muradov dəfələrlə bu araşdırmanı dayandırmağımızı xahiş edib, lakin biz demişik ki, peşə borcumuzun tələbinə itaətliyik, sorğu cavablandırılmalıdır... Dünəndən isə rektorun tapşırığı ilə onun daim yanında olan, əlindən diplomlar alan Etibar Əliyev adlı şəxs Azpolitika saytında bizi şantaj edən təhqiramiz yazılar dərc edib. Həmin yazını isə yenə də Ədalət Muradovla sıx yaxın olan moderator.az, modern.az saytları mənim cavab haqqımı tanımadan dərc ediblər... Gördülər ki, bu şantajlara fikir vermirik, bu gün ADİU-nun müəllimi, rektorun "Differensial əmək haqqı" 100-lüyündə ilk onluqda adı olan, ayda 3-5 min maaş alan Rəşad Muradov adlı bir müəllim məni ölümlə hədələyən status paylaşıb, hamını bu çağırışa, yəni məni cəzalandırmağa səsləyən bəyanat da yayıb. Onun həyat yoldaşı da ADİU-da işləyir, oğlu orada oxuyur və təhsil haqqı da Ədalət Muradov tərəfindən ödənilməsi barədə məlumat aldım... Bu azmış kimi, ADİU-nun Aydın Abdullazadə adlı başqa bir müəllimi isə daha uzağa gedərək, "vor v zakone" dilində danışaraq məni məhv edəcəyini yazıb, FB-də paylaşıb. Mən artıq bu qeyri-insani hərəkətlə və jurnalisti yazısına görə ölümlə hədələmə, digər insanları bu vandalizmə çağırəşla bağlı artıq sabah Prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova, eləcə də təhsil naziri Ceyhun Bayramova rəsmi müraciət göndərəcəyəm... Rəşad Muradov təbii ki, bu cinayət əməlini (jurnalisti ölümlə hədələmə və s.) rektor Ədalət Muradovun diqtəsi ilə edib... Onun da məsuliyyəti müəyyənləşdiriləcək. Artıq vəkilimiz prosesə başlayıb...".

***

Qeyd edək ki, Rəşad Muradov FB statusunda yazıb: "Ha hövsələmi basmaq istəyirəm, amma alınmır! Ay mən deyənlər,bu qədər də böhtan yagdırmaq olar bu yazıq İqtisad Universitetinə! Mən başa düşmürəm, həmişə lap Sovetlər dövründə də İqtisad Universitetində kişilik də, dostluq da, xeyirxahlıq da heç də digər universitetlərimizdən əskik olmayıb, amma bizi həmişə "pulxoz", "narxoz" və sair epitetlərlə "bəzəyiblər". İndi biz ne edək ki, həmişə varlı və yaxşı yaşamışıq və paxıllar bunu həzm edə bilməyirlər... Asif Mərziliyə gəldikdə isə, onu şəxsən duelə çagırıram... Gəlsin və üzbəsurat sübut etsin "Təzadlar"da yazdıgı böhtanları! Əziz FB dostlarım, gəlin bu böhtan kompaniyasına qarşı çıxaq və Azərbaycan Dövlət İqtisad Universitetinin şərəf və ləyaqətini müdafiə edək! Kim mmənimlə "Təzadlara" qarşıdırsa səsini ucaltsın! #UNECe_gel #Ferqi_gor"

Aydın Abdullazadə isə həmin statusda jurnalisti öldürməyə hazır olduğunu bəyan edir: "Men dava olsa haziram o Asifi şaqqalamaga! Onu UNEC-in heyetinde dizlerini yere vurub dilini qopardaram! Men yanindayam Rasad muellim".

Əlavə məlumat veriləcək. Bizi izləyin.

(tezadlar.az)



Fikrini bildir
TƏQVİM
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30