SON XƏBƏRLƏR
Nemət Pənahlı yenə həbs edildi

Yazının dərc olunma Tarixi: 14/10/2018

Nemət Pənahlı yenə həbs edildi
Azərbaycanda 1988-ci ildə başlamış milli-azadlıq hərəkatının liderlərindən biri Nemət Pənahlıya 30 sutka həbs cəzası verilib.

Bu barədə jurnalist Əvəz Zeynallı məlumat yayıb.

O bildirib ki, N.Pənahlı Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs edilib və Binəqədidəki Müvəqqəti saxlama təcridxanasına göndərilib.

O, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə ittiham olunub.

Virtualaz.org xatırladır ki, N.Pənahlı 1988-ci ilin noyabrında Bakıda Azadlıq (onda Lenin adına idi ) meydanında günlərlə davam edən mitinqlərin aparıcısı kimi məşhurlaşmışdı. 2011-ci ildə o, xuliqanlıqda ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.



Fikrini bildir
TƏQVİM
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30