SON XƏBƏRLƏR
Qurbançı kənd icra nümayəndəsinin müavini haqqında ŞOK İDDİA

Yazının dərc olunma Tarixi: 31/10/2018

"Çoxları bilir ki, Qobustan rayonunun Qurbançı kənd icra nümayəndəsinin müavini Əlikram Musayev evində və avtomobilində silah saxlayır"
Qurbançı kənd icra nümayəndəsinin müavini haqqında ŞOK İDDİA
Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakinləri Mirzəməmmədov Telman Heybət oğlu, Muradov Oqtay Muradxan oğlu və Hüseynov İbrahim Məhəmmədəli oğlunun Pravdainfo.org-un elektron poçtuna şikayət məktubu daxil olub.

Saytımız vasitəsilə prezident cənab İlham Əliyevə və digər aidiyyəti qurum rəhbərlərinə müraciət edən sakinlərin şikayəti Qobustan rayonunun Qurbançı kənd icra nümayəndəsinin müavini Musayev Əlikram Ələkbər oğlunun onlara silahla öldürəcəyi ilə hədə-qorxu gəlməsi barədə verdikləri şikayətin Qobustan RPİ-nin baş müstəntiqi Fərid Fətəliyev tərəfindən "Cinayət işinin başlanmasının rədd edilməsi" barədə 01.10.2018-ci il tarixli qərarındandır.

Şikayətdə deyilir:

"Hörmətli cənab Prezident!

Əvvəlcə xatırladaq ki, Əlikram Musayev 16 sentyabr, saat 11:00 radələrində biz üç nəfər doğma kəndimiz Qaracüzlüyə daxil olarkən qarşımızı kəsərək "niyə gəlmisini"z soruşmuşdur. Biz "əmlak məsələsinə görə gəlmişik" cavabını verəndə, o, yanımızdakı Oqtayın 11 yaşlı Amin adlı oğlunun gözü qarşısında bizim üstümüzə qışqıraraq bildirdi ki, əmlakla bağlı biz heç bir məsələ və iddia qaldıra bilmərik. "Əgər əmlaka yaxın düşsəniz, sizi güllələyib öldürəcəm" demişdir. Onun bu sözlərindən sonra Amin şoka düşdü və bədəni əsməyə başladı. Biz bu hədə-qoxudan sonra dərhal kəndi tərk etdik, dədə-baba yurdumuzda qala bilmədik. Əmlakla bağlı Əlikram Musayevin bizi hədləməsinin əsas səbəbi budur ki, o, vaxtilə kolxozumuza məxsus əmlakın hamısını öz əlinə keçirmiş, bundan iki fermanı kənar şəxslərə satmış, digərlərini isə icarəyə verib 6000 manat mənimsəmişdir. Həmkəndlimiz Kamal Kamilovun dediyinə görə, vaxtilə Qarabağ müharibəsi zamanı Tərtərdəki həbi bazadan oğurlanaraq rayonumuza gətirilən avtomat silahların bir hissəsi satılmış, ondan 4-nü Əlikram Musayev özündə saxlamış və birini də 1997-ci ilin oktyabrında Qaracüzlü kənd "Babək" kolxozunun sədri olmuş Əliyev Əbdülhüseyn Məşədiəlibala oğlunun kənddə düzgün əmlak bölgüsü apardığına görə onun evinə qoydurmaqla şərləyib həbs etdirmişdir. Sonradan həmin silahı guya polislər kənddə yolun kənarındakı kolluqdan tapması barədə akt tərtib edib sənədləşdirmiş və məsələni beləcə bağlamışdılar.

Digər məlumata görə, o vaxtkı baş nazir Surət Hüseynovun dostu Qobustan rayonuna başçı təyin edildikdən sonra Tərtərdən oğurlanan avtomat silahların çoxu satılıması üçün bu rayona göndərilmişdir. Həmin silahlar rayondakı imkanlı şəxslər tərəfindən alınması tövsiyə olunmuşdur. Belə şəxslərdən biri də o vaxtlar kəndimizə rəhbərlik edən Əlikram Musayev olmuşdur ki, o da bu silahlardan almaq məcburiyyətində qalmışdır. Əlikramın yaxın adamlarının bildirdiyinə görə, o, həmişə avtomobilində silah gəzdirir. Bütün bu məlumatlardan sonra onun əmlak davası açdığımız zaman bizi güllələyib öldürəcəyi hədəsinin reallığa çevriləcəyi bizdə şübhə doğurmurdu. Çünki çoxları bilir ki, Əlikram Musayev evində və avtomobilində silah saxlayır. Bu təhlükəli şəxsin təşkilatçılığı ilə qardaşı uşaqları İŞİD tərkibində vuruşmuşlar. Çox güman ki, həmin adamlar indi gizli olaraq Azərbaycana qayıtmışdılar.

Bu şəxsin biz kənd sakinləri üçün real təhlükə və silahlı olmasından ciddi narahat olaraq cənab Prezidentə müraciət edərək xahiş etdik ki, Əlikram Musayev barəsində qanuni tədbirlər görülsün. Lakin çox təəssüflər olsun ki, Qobustan RPİ-də şikayətimiz əsasında başlanmış araşdırma səthi və tezbazar aparılmaqla yekunlaşmış və heç bir real təhqiqat hərəkətləri aparılmadan əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə baş leytenant Fərid Fətəliyev tərəfindən qərar qəbul edilmişdir. Müstəntiq ən azı tələsmədən Hərbi Prokurorluğa və Müdafiə Nazirliyinə bizim qeyd etdiyimiz kimi, Tərtər Hərbi Bazasından oğurlanan silahdan birinin kəndimizin yaxınlığında yol kənarından tapılmasının rəsmi təsdiqi digər silahların da aşkar edilməsi üçün əsas ola bilərdi. Lakin müstəntiq diqqəti əsas məsələdən yayındıraraq bizim Ə.Musayevlə torpaq davamızın olmasını önə çəkməklə məslənin mülki xarakterli olmasını qabartmış və bizim Ə.Musayev tərəfindən sözgəlişi hədlənməyimizin əsası olmadığını bildirmişdir. Ancaq biz hesab edirk ki, Ə.Musayevin qanunsuz əməllərindən narazı qalan kənd sakinlərindən birinə qarşı malik olduğu silahdan istifadə edərək cianyət törədəcəyi qaçılmazdır. Ə.Musayev yaxınlarına etiraf edib ki, bizim şikayət əsasında o, kifayət qədər pul xərcləyib və bu proses davam etməkdədir. Artıq bu adamın əsəbləri son həddə yaxınlaşmışdır. Və silahdan istifadə etməsi an məsləsidir. Belə olan halda, bütün məsuliyyət müstəntiq F.Fətəliyevin üzərinə düşəcək. Odur ki, biz öz şikayətimizdə israrlıyıq ki, Əlikram Musayevin gizli saxladığı silahların aşkarlanması üçün peşəkar polis və DTX işçilərinin operativ fəaliyyətlərinə zərurət yaranmışdır.

Cənab Prezident!

Bir daha sizdən xahiş edirk ki, dövlətimiz və ictimaiyyətimiz üçün real təhlükə olan dövlət məmuru Əlikram Musayevin fəaliyyətinin araşdırılması, silahlarının gizlətdiyi yerdən aşkar edilərək götürülməsi və bizə qarşı sərgilədiyi aqressiv davranışlarının nəzarətə götürülməsi üçün lazımi göstərişlər verəsiniz".

Şikayətlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Pravdainfo.org



Fikrini bildir
TƏQVİM
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31