SON XƏBƏRLƏR
Avtobus sürücüsü sükan arxasında siqaret çəkir, telefonla danışır - Bakı-Gəncə avtobusu - VİDEO

Yazının dərc olunma Tarixi: 14/1/2019

Yanvarın 1-dən etibarən tütün məmulatlarından istifadəni məhdudlaşdıran qanun qüvvəyə minib. Bununla da bir sıra məkanlarda, həmçinin ictimai nəqliyyatda siqaret çəkmək qadağan edilib. Lakin qanunun tətbiq edilməyinə və sərnişinlərin etirazlarına baxmayaraq, avtobus sürücüləri hələ də sükan arxasında siqaret çəkirlər.
Avtobus sürücüsü sükan arxasında siqaret çəkir, telefonla danışır - Bakı-Gəncə avtobusu - VİDEO
Xezerxeber.az-ın məlumatına görə, sərnişinlərdən birinin Bakı-Gəncə avtobusunda çəkdiyi görüntülər də problemin hələ də qaldığının əyani sübutudur.

Sərnişinlərdən biri avtobus sürücüsünün sükan arxasında siqaret çəkməsini və telefonla danışdığını lentə alaraq "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib. Görüntülər yanvarın 10-u, günorta saatlarında qeydə alınıb.

Xezerxeber.az həmin görüntüləri təqdim edir:




Fikrini bildir