SON XƏBƏRLƏR
Salome Zurabişvili Ermənistana səfəri zamanı Ermənistanı ciddi tənqid etdi

Yazının dərc olunma Tarixi: 14/3/2019

Salome Zurabişvili Ermənistana səfəri zamanı Ermənistanı ciddi tənqid etdi
Qonşu ölkəyə səfər çərçivəsində Salome Zurabişvili Ermənistan Respublikasının Milli Asambleyasının Prezidenti Ararat Mirzoyanla görüşüb. Tezadlar.az Gürcüstanın 24News.ge xəbər portalına istinadən bildirir ki, bu görüşdə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıqdan başqa münaqişələrin tənzimlənməsi mövzusunda da söhbət açılıb. Salome Zurabişvili Ararat Mirzoyanla görüşüdə Ermənistanı tənqid edib:
Siz münaqişələrin tənzimlənməsi haqqında söhbət açdınız bu bizim üçün çox vacibdir. Bizim reqiyonumuzda olan münaqişələr bizi birgə inkişafdan ləngidir. Bildiyiniz kimi Gürcüstanın da işğal olunmuş ərazisi var. Əyər biz ölkəmizin maraqlarından danışırıqsa bizim üçün yeganə maraq bundan ibarətdir ki, ölkə süverenliyimiz tanınsın və bu sadəcə sözdə yox, həm də əməldə yerinə yetirilsin. Bu sahədə çox təssüflər olsun ki, Dağlıq Qarabağdan deleqasiyalar Abxaziyaya və Osetiyaya gələrkən özləri məsələ qaldırırlar ki, güya bu konfliktlər eyni tərkibli konfliktlərdir və bu münaqişələr arasında nəsə simetriya axtarırlar. Bu bizim üçün çox təəssüfedici və ağrılıdır. Hesab edirik ki, burada bizim ölkəyə qarşı lazım olan xoş münasibət yoxdur
Ölkə Prezidenti Abxaziyada mövcud olan və Rusiya Patriarxlığının tabeçiliyinə verilən kilsə məsələsinə də toxunub. O, qeyd edib ki, bu addım qanuni müstəvidə ərazi suverenliyini pozmaq deməkdir.
Qeyd edək ki, Gürcüstan Prezidentinin Ermənistana iki günlük rəsmi səfəri çərçivəsində Ararat Mirzoyanla keçirdiyi görüşün detalları haqqında Prezident Administrasiyası məlumat yayıb.



Fikrini bildir