SON XƏBƏRLƏR
“TƏZADLAR” İQTİSAD UNİVERSİTETİNİN 4 PROFESSORUNUN YALANINI ÜZƏ ÇIXARTDI-YENİLƏNİR

Yazının dərc olunma Tarixi: 19/3/2019

“TƏZADLAR” İQTİSAD UNİVERSİTETİNİN 4 PROFESSORUNUN YALANINI ÜZƏ ÇIXARTDI-YENİLƏNİR
ADİU-nun “İqtisad nəzəriyyə” kafedrasının müdiri, professor Əlican Babayev, “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov, “Ticarətin və gömrük işinin təşkili” kafedrasının müdiri, professor Arif Şəkərəliyev və bir də “Marketinq” kafedrasının müdiri vəzifəsində çalışmış, hazırda Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının müdiri olan professor Telman İmanov lurnalistə demədiklərini hardan uydurublar?
Dünən “Azpolitika.info” saytında «TANINMIŞ PROFESSORLAR UNEC-DƏKİ İSLAHATLARIN MÜDAFİƏSİNƏ QALXDILAR – “Böhtanlarla aparılan işlərə kölgə salmaq olmaz” başlıqlı yazı dərc edilib. Sayt yazırdı: «…Universitetdə aparılan islahatlar çərçivəsində vəzifədən çıxarılanlar və şəxsi maraqlarına toxunulan kiçik bir qrup başda rektor Ədalət Muradov olmaqla, UNEC rəhbərliyinə qarşı kampaniya aparmaqla məşğuldurlar… Saytımıza müraciət edən UNEC-in bir qrup əməkdaşının sözlərinə görə, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili şəxsən Universitetin əməkdaşlarına, əsasən də professorlara zəng edərək, UNEC-də keçirilən islahatların əleyhinə, rəhbərliyə qarşı fikirlər almağa cəhd edib».
Sonra isə sayt ADİU-nun “İqtisad nəzəriyyə” kafedrasının müdiri, professor Əlican Babayevdən, “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədovdan, “Ticarətin və gömrük işinin təşkili” kafedrasının müdiri, professor Arif Şəkərəliyevdən və “Marketinq” kafedrasının müdiri vəzifəsində çalışmış, hazırda Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının müdiri olan professor Telman İmanovdan açıqlama alaraq qəzetimizin əməkdaşlarına demədikləri cavabları özlərindən uyduraraq rektora xoş gəlmək üçün söyləyiblər.
“Təzadlar” professorların yalanlarını ifşa etdi. Onların az sonra səs yazıları saytda təqdim ediləcək.
Hələlik isə bircə onu deyirik ki, ADİU-da yaranmış vəziyyətə ayıq başla aydınlıq gətirmək, universitetin professoru Alıcan Abbasovun, iqtisad elmləri namizədi, tanınmış iqtisadçı alim Aslan Məmmədovun, digərlərinin tənqidi çıxışlarından nəticə çıxarmaq əvəzinə, suyu bulandırıb balıq tutmaq həvəsində olanların yalanlarının ömrü heç 40 saat da çəkmədi...
Bizi izləyin. Məlum olacaq ki, məsələn, professor Telman İmanov ADİU-dan bir müddəf əvvəl nəyin üstündə qovulub... Yaxud, professor Əlican Babayev Prezident yanında AAK-da tutduğu iqtisadiyyat üzrə Ekspert Şurasının sədri vəzifəsindən kimin təzyiqi və rəhbərliyi ilə kənarlaçdırılmışdı.... Yaxud, hazırda ADİU-nun magistrlərinə elmi rəhbər kimi kimlər kənardan və nə məqsədlə cəlb olunub (tam siyahı təqdim olunacaq).
(Davamı var)
Səbuhi



Fikrini bildir