SON XƏBƏRLƏR
“Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili”

Yazının dərc olunma Tarixi: 17/5/2019

“Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili”
Media və Mülki Cəmiyyət İctimai Birliyi bu mövzuda yeni yayihəyə start verib...
Media və Mülki Cəmiyyət İctimai Birliyi “Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili” mövzusunda növbəti layihəsinə start verib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.

X.Əhmədov bildirib ki, layihədə Azərbaycanın əksər mətbuat orqanları, internet saytları, xəbər portalları, radio və televiziya kanalları, o cümlədən dublyaj edilən filmlərdə, metroda, küçə və meydanlardakı reklamlarda, afişalarda ədəbi dil normalarının pozulması halları, dilimizdən istifadə ilə bağlı mövcud vəziyyət və problemlərdən bəhs olunur: “Məqsədimiz Azərbaycan dilindən həyatın bütün sahələrində daha dolğun, qanunauyğun şəkildə istifadə olunması üçün maarifləndirmə işinin aparılması və ictimai diqqətin bu işə cəlb edilməsidir”.

Layihədə, eyni zamanda Azərbaycan dilindən həyatın bütün sahələrində daha dolğun, qanunauyğun şəkildə istifadə olunması üçün maarifləndirmə işinin aparılması və ictimai diqqətin bu işə cəlb edilməsi nəzərdə tutulub. “Media və reklam sahəsində mətn, tərcümə və dublyaj işlərində dildən düzgün istifadənin monitorinqinin aparılması, maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirələrin həyata keçirilməsi , eləcə də, Azərbaycan dilindən düzgün istifadə edilməsi üçün təkliflərin hazırlanması və aidiyyatı qurumlara təqdim edilməsi də layihənin məqsədlərinə daxildir”-deyə X.Əhmədov qeyd edib.




Fikrini bildir