SON XƏBƏRLƏR
Yunus Oğuzun 5 cildliyinin birinci cildi- "Nadir şah" çapdan çıxıb

Yazının dərc olunma Tarixi: 10/7/2019

Yunus Oğuzun 5 cildliyinin birinci cildi- "Nadir şah" çapdan çıxıb
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun 5 cildliyinin birinci cildi çapdan çıxıb. "Təzadlar" Olaylar.az-a istinadla xəbər verir ki, həmin cildə yazıçının ilk tarixi romanlarından olan, dünyanın müxtəlif dillərinə tərcümə olunan və həmin ölkələrdə çap edilən "Nadir şah" romanı daxil edilib. Romana ön sözü akademik, millət vəkili Nizami Cəfərov yazıb. Qeyd edək ki, yazıçının seçilmiş əsərləri silsiləsinə daxil olan 4 romanı isə çapa hazırlanır. Yunus Oğuzun əsərələrinin çap işini "Ol" nəşriyyatı həyata keçirir.



Fikrini bildir