SON XƏBƏRLƏR
Ədalət Muradovun itkin dissertasiyası tapıldı: "Təzadlar"ın əməkdaşları Ukraynada

Yazının dərc olunma Tarixi: 5/9/2019

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun 1998-ci ildə Kiyev Dövlət Universitetində müdafiə etdiyi, lakin akademik Azad Mirzəcanzadənin sədr olduğu illərdə AAK-da tanıda bilmədiyi, amma 16 il sonra Vəli Hüseynovun dəstəyi ilə rastrifikasiya etdirdiyi dissertasiyasının yoxa çıxarılmış tam mətni, eləcə də 1998-ci ildə yazdığı, yenə də hər yerdə yoxa çıxarılmış monoqrafiyası "Təzadlar"da...
Ədalət Muradovun itkin dissertasiyası tapıldı: "Təzadlar"ın əməkdaşları Ukraynada
"Təzadlar"ın ötən sayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, iqtisad elmləri doktoru, professor Şahbaz Muradovun Azərbaycan elminin bu günkü mənzərəsini təhlil edən geniş məqaləsinin birinci hissəsi dərc edilmişdir. Professor Şahbaz Muradov yazır ki, “Azərbaycan elmi, nəhayət, elmdəki saxtakarlardan, yalançılardan, kinlilərdən və paxıllardan, doktorluq dissertasiyası itkin düşənlərdən, vəzifə tutan kimi alim olanlardan... təmizlənməlidir!”

Görkəmli alim daha sonra elmimizə təəssübkeşliklə yazır: "... Ancaq çox təəssüflər olsun ki, onların arasında elələri də vardır ki, onlar utanıb-qızarmadan hər yerdə özlərini iqtisadçı alim kimi təqdim edir, hətta əsl iqtisadçı alimlərə “cip-cip” öyrətməkdən belə çəkinmirlər. Bu çox utancverici və dözülməz haldır! Bu adamların çoxu isə SSRİ-nin dağılması ərəfəsində və müstəqilliyimizin ilk dövrlərində Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda, Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki ADİU-da), Azərbaycan Dövlət Universitetində (indiki BDU) və sairdə bir çox ixtisaslar üzrə (təqribən 20-25) elmlər namizədliyi və doktorluq dissertasiyaları üzrə Dissertasiya Şuraları fəaliyyət göstərdiyi halda gizli yollarla gedib Ukraynanın Kiyev, Gürcüstanın Tbilisi, Rusiyanın Sankt-Peterburq, Kazan və digər şəhərlərində müdafiə edənlərin payına düşür. Həmin illərdə qeyd edilən şəhərlərdə, xüsusilə də Kiyev, Tbilisi və Sankt-Peterburq şəhərlərində başqa regionlardan gəlmiş iddiaçılar üçün təşkil edilmiş müdafiələrin hansı prinsiplər və məqsədlərlə həyata keçirilməsi səbəbləri hamıya bəllidir. Qeyd edilən şəhərlərdə “müdafiə edilmiş” dissertasiya işlərinin bəzilərinin isə nəinki özünü, hətta avtoreferatlarını belə indi tapmaq müşkül məsələyə çevrilmişdir. Bu isə o deməkdir ki, ya həmin müdafiələr heç olmamış və yaxud da həmin müdafiələr o qədər saxtakarlıqla həyata keçirilmişdir ki, onların izini itirmək üçün “müdafiə” edilən təşkilatlarda nə həmin dissertasiyaların özləri, nə də avtoreferatları belə saxlanılmamışdır. Olmayan müdafiənin nəyini saxlasınlar ki! Bunların barəsində o vaxtlarda göndərilməsi məcburi xarakter daşımış Mərkəzi Kitabxanalarda və həmin “müəlliflərin” çalışdıqları müəssisələrin kitabxanalarında da heç bir məlumat yoxdur. Belə vəziyyətin yaranması səbəblərini isə anlamaq o qədər də çətin deyildir. Səbəb saxtakarlıqdan ibarətdir! Ancaq necə demişlər: yalan ayaq tutar, ancaq yeriməz! Gec-tez hər şey aydınlaşır və əsil həqiqət ortaya çıxır. Təsadüfi deyildir ki, 10-15 il öncə gedib həmin şəhərlərdə elmlər doktorluq dissertasiya müdafiə edənlərin bir çoxu xeyli vaxt keçməsinə baxmayaraq, cəsarət edib Azərbaycanda Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçib diplomunun tanınmasına nail olmaqdan çəkinmişlər. Çünki 2000-ci illərin əvvəllərinədək Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyasına dünya şöhrətli böyük alim akademik Azad Mirzəcanzadə rəhbərlik etmişdir. Bütün baş vermiş saxtakarlıqlar və özbaşınalıqlar isə ak. Arif Mehtiyev və onun zavallı müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynovun Ali Attestasiya Komissiyasına “rəhbərlik” etdikləri son illərə təsadüf edir...".

Bəs 90-cı illərdə Azərbaycandan kimlər Ukraynada, əsasən də, T.Şevçenko adına Kiyev Dövlət Universitetində namizədlik və ya doktorluq elmi işi müdafiə etmişdir?

...Bakıdan Ukraynaya bu səfərimizdə məqsəd görkəmli iqtisadçı alim, professor Şahbaz Muradovun yuxarıda yazdığı kimi, qanunsuz yollarla müdafiə edilmiş elmi işlərin baza taleyi ilə maraqlanmaq, xüsusən də, 90-cı illərdə Azərbaycandan kimlərin Ukraynada tələm-tələsik elmi iş götürərək qısa müddətdə dissertasiya işi yazıb və ya yazdırıb namizədlik və ya doktorluq elmi dərəcəsi almasını müəyyən etmək idi.

Təbii ki, ilk növbədə həm də Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun namizədlik və doktorluq dissertasiyalarının şübhəli olması, xüsusən də onun 1998-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində müdafiə etdiyi doktorluq dissertasiyasının avtoreferatının, monoqrafiyasının... Azərbaycanda heç bir yerdə olmaması və tapılmaması barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Akademik Ramiz Mehdiyevə və surəti "Təzadlar" qəzetinə şikayət yazmış ADİU-nun dosenti Aslan Məmmədovun və digər narazı alimlərin şübhələrinə aydınlıq gətirməli idik. Və biz "Təzadlar" olaraq bütün maddi- texniki, psixoloji... çətinliklərə baxmayaraq Azərbaycan mətbuatında bir daha ilkə imza atmağa iddialı olduq. Bu, milli jurnalistikamız və milli elmi maraqlarımız qarşısında bir öhdəlik, ləyaqətlilik idi... Bunu da etdik... Diqqətli oxucular bilirlər ki, məhz rektor Ədalət Muradova dəfələrlə rəsmi sorğu göndərilsə də, o, nəinki KİV sorğusunu cavablandırmışdı, əksinə, bizi Etibar Əliyev adlı birisinin yazıları ilə şərləmə yolu tutmuş, böhtan atdırmışdı, Azərbaycan Mətbuat Şurasına qeyri-rəsmi, şübhəli müraciəti ilə "Təzadlar"a qarşı hansısa susdurucu cəza tədbiri görməyi diqtə etmişdi. Çox təəssüflər olsun ki, AMŞ-ı faktiki idarə edən, bu günlərdə isə YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov tərəfindən bəd əməllərinə görə ifşa edilən Bəxtiyar Sadıqovun təhdidlərinə dözməyənlər bizi rektor Ə.Muradova qarşı qərəzlilikdə suçlaçışdılar. Ki guya biz qərəzliyik... Bəli, tənqidi jurnalistika belə təzyiqlərlə həmişə üz-üzə olub, çətinliklərə dözüb, amma prinsipiallığından qalmayıb, axı həqiqətin yolu həmişə nahamar olub... Biz bu nahamar yolda haram yolla vəzifə və elmi titul, status əldə edənlərin kimliyini Azərbaycanın elm ictimaiyyətinə, eləcə də ölkə Prezidentinə göstərməyı qərarlaşdırdıq. Bunu həm də AMŞ-da bizi topa tutanlara və QARAlayanlara sübutlamaq üçün etməkdə israrlı olduq...

Plagiatlara və saxtakarlara qarşı jurnalist araşdırmalarımızdan Ukrayna Təhsil Nazirliyində çox məmnun idilər...

Beləliklə, üç gündür Ukraynanın paytaxtı Kiyevdəyik... Bakı kimi modern olmayan şəhərdə diqqətimizi cəlb edən ən vacib amil iki şeydir: paytaxt küçələrində Bakıdakının əksinə, yollarda kamera və radarlar demək olar yoxdur. Yol polisi əməkdaşları faktiki olaraq bu boyda şəhərdə yox kimidir, amma öyrəndik ki, Kiyevdə son 3 ayda yol qəzalarında ölən, ümumiyyətlə, yoxdur... Belə çıxır ki, bizdə DYP inspektorlarının sayı ilə qəzada ölənlərin sayı düz mütənasibdir...

İkincisi, küçələrdə yolun hər iki tərəfində avtomobillərin saxlanılmasına və ya dayanmasına qadağa qoyan hansısa nişan yoxdur, eləcə də yollarda həm tıxac yoxdur, həm də sürücülərə cərimə yazan yol patrul əməkdaşları... Bunları isə sözgəlişi dedik...

***

Nə isə... Kiyevə çatan kimi bütün yol yorğunluğuna yox deyib yollandıq ilk növbədə rektor Ədalət Muradovun doktorluq dissertasiyasını müdafiə etdiyi T.Şevçenko adına Kiyev Dövlət Universitetinə... Və əvvəlcədən rəhbərliyı gəlişimizlə bağlı məlumatlandırdıq... Rektorun köməkçisi əvbəlcı təəccübləndi, sonra "Mən sizin jurnalist prinsipiallığınıza heyranam...".

Universitetə çatanda isə artıq T.Şevçenko adına Kiyev Dövlət Universiteti nəzdində M.Maksikoviç adına Mərkəzi Elmi Kitabxananın direktoru, tarix elmləri doktoru, professor Serbin Oleq Oleqoviçlə birlikdə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, biologiya elmləri doktoru, professor Martınyuk Viktor Vladimiroviçin bizi universitetin düz qarşısında gözlədiyini gördük. Biz onları tanımadığımız üçün istiqaməti soruşmaq üçün universitetin rəhbərliyinin harada əyləşdiyini xəbər aldıq. Bir ay əvvəl sorğumuza cavab göndərdiklərindən deyəsən, bizi artıq tanımışdılar... Odur ki, professor Serbin Oleq Oleqoviç bizə tərəf gəldi, "Bakıdan gələn jurnalistlərsinizmi?"' -deyib bizi səmimiyyətlə qarşıladı. Sonra T.Şevçenko adına Kiyev Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, biologiya elmləri doktoru, professor Martınyuk Viktor Vladimiroviçlə bizi tanış etdi... O, "Biz artıq tanışıq... Sizin sorğunuza cavab yazan mən idim...", -deyərək bizi salamladı və bağrına basdı... Elə oradaca əməkdaşlardan birini çağırıb xatirə kiki bu anın fotolaşdırılmasını tapşırdı. Biz xatirə şəkli çəkdirdik... Dərhal da universitetin rektoruna gəlişimiz barədə məlumat verdi. Sonra Ukrayna Təhsil Nazirliyində rəhbərlikdən kiməsə zəng etdilər, müdafiə edilmiş bir doktorluq işinin taleyi ilə bağlı Bakıdan jurnalist araşdırması məqsədilə Kiyevə gəldiyimizi söylədi. Nazirlikdəki rəsmi şəxsin təəccübünü görüb özü izah verdi: "...Bəli, Azərbaycanlı jurnalistlər plagiatçılara qarşı mübarizə aparırlar və bir nəfərin doktorluq işi ilə bağlı gəliblər. Bu olduqca xeyirxah, ciddi, dövlət əhəmiyyətli bir işdir. Şəxsən mən onlara buna görə təşəkkür edirəm və bütün köməyi edəcəyəm...".

Bu bizim üçün qürur məsələsi idi və fəxrlə deyə bilərik ki, məhz ilk dəfədir ki, barəmizdə Ukrayna təhsil və elm sahəsində belə bir jurnalist araşdırması aparılması barədə məlumatı eşidırdik, belə bir fəaliyyətimizdən qürurlandığımızı etiraf etməliyik...

Ədalət Muradovun doktorluq dissertasiyasını kimlər yox etmək istəyirmiş?

- Ukrayna Təhsil və Elm Nazirliyi nəzdində Elmi-Texniki Eksertiza və İnformasiya İnstitunun direktoru, Ukrayna Milli EA-nın müxbir üzvü, texnika elmləri namizədi, pedoqoji elmlər doktoru, elm və texnika sahəsindəki səmərəli fəaliyyətinə görə ikiqat Dövlət mükafatı laueratı, professor Kamişin Vladimir Viktoroviç 1990-2000-ci illərdə Azərbaycandan Ukraynaya elmi işlərin müdafiəsi üçün gələn hansı tanınmışlarımızın adlarını çəkdi?

- Bəs Ukraynada kimlər həmin illərin elmimişlərin müdafiə edildiyi arxivi məhv etdirmək istəyirmiş? Onların qarşısı necə alınıb, kimlərin doktorluq dissertasiyaları aradan çıxarılaraq arxivdə qorunub saxlanılıb?

- "Təzadlar"ın əməkdaşları həmin arxivi necə və harada tapdı, orada Azərbaycandan daha hansı tanınmışların dissertasiya işləri üzə çıxdı?

- Rektor Ədalət Muradovun 1998-ci ildə yazdığl monoqrafiyası hansı professorun arxivindən tapıldı, bu monoqrafiya necə və hansl şəraitdə yazılmışdır? Bəs bu monoqrafiyanı niyə Azırbaycanda əldə etmək mümkünsüz olmuşdur?

- Ədalət Muradovun 1998-ci ildə Ukraynada müdafiə etdiyi doktorluq dissertasiyası Kiyevdə hansı elmi mərkəzdə plagiat araşdırmaya təqdim edildi, rəsmi rəy "Təzadlar" nə vaxt təqdim olunacaq?

- Ukrayna Təhsil və Elm Nazirliyi nəzdində Elmi-Texniki Eksertiza və İnformasiya İnstitunun direktoru, Ukrayna Milli EA-nın müxbir üzvü, elm və texnika sahəsindəki səmərəli fəaliyyətinə görə ikiqat Dövlət mükafatı laueratı, professor Kamişin Vladimir Viktoroviç Azərbaycan AAK-la əməkdaşlıq üçün nələri təklif etdi, "Təzadlar"ın rəhbərliyindən nəyi xahiş etdi?

- Ukrayna Təhsil və Elm Nazirliyi nəzdində Elmi-Texniki Eksertiza və İnformasiya İnstitunun direktor müavini, Dövlət Mükafatı laureatı Suxiy Aleksey Lukiç plagiat dissertasiyaları necə üzə çıxarır?

- Ukrayna Təhsil və Elm Nazirliyi nəzdində Elmi-Texniki Eksertiza və İnformasiya İnstitutun elmi işlərin qeydiyyatı şöbəsinin müdiri, Dövlət Mükafatı laureatı Yurçenko Tatyana Anatolyevna Bakıya niyə gəlmək istədi?

- T.Şevçenko adına Kiyev Dövlət Universiteti nəzdində M.Maksikoviç adına Elmi Kitabxananın direktoru, tarix elmləri doktoru, professor Serbin Oleq Oleqoviçi Azərbaycana bağlayan daha nələrdir, o, Prezident İlham Əliyev haqqında hansı xoş sözləri söylədi?

- T.Şevçenko adına Kiyev Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, biologiya elmləri doktoru, professor Martınyuk Viktor Vladimiroviç "Təzadlar"a müsahibəsində rektor Ədalət Muradovun doktorluq dissertasiyası barədə nələri açıqladı?

- Ukrayna Təhsil və Elm Nazirliyi Dövlət Elmi-Texniki Kitabxananın direktoru Jarinova Alla Georgiyevna rektor Ədalət Muradovun 1998-ci ildə yazılmış monoqrafiyasını necə və haradan tapıb üzə çıxardı?


(Davamı var)

Asif Mərzili,
Elçin Məmmədli
Bakı-Kiyev...
(Tezadlar.az)



Fikrini bildir