SON XƏBƏRLƏR
“Azərişıq” ASC-nin İmişlidəki Canəhməd Əhmədov problemi

Yazının dərc olunma Tarixi: 8/5/2020

“Azərişıq” ASC-nin İmişlidəki Canəhməd Əhmədov problemi
ASC-nin sədri Vüqar Əhmədov Aran RETSİ-nin rəisi Canəhməd Əhmədovun qanunsuz hərəkətlərinə niyə göz yumur?
Məlum olduğu kimi, 05.05.2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti İmişli rayon İcra Hakimiyyətində korrupsiya və rüşvət əməllərinə yol verən, dövlət əmlakını mənimsəyən şəxslərə, eləcə də dövlət əmlakını ata malı kimi talayan şəxslərə qarşı əməliyyat tədbiri keçirməklə onları cinayət məsuliyyətinə cəlb etmişdir. Belə ki, İmişli rayon icra Hakimiyyətinin Başçısı Vilyam Hacıyevin barəsində həbs qətiimkan tədbiri seçilmiş, digər 8 vəzifəli şəxs barəsində isə polis nəzarəti altına verilmə qərarı qəbul edilmişdir.
Digər dövlət məmurlarından Maliyyə Nazirliyinin İmişli rayon şöbəsinin müdiri Rəhim Rəhimov, sabiq xəstəxana müdiri Cəsur Paşayev, “Azərişıq” ASC-nin Aran RETSİ-nin rəisi Canəhməd Əhmədov və başqalarının barəsində də rüşvət vermə və dövlət əmlakını mənimsəmə faktları ilə bağlı araşdırmalar davam etdirilməkdədir.
Əməliyat- istintaq tədbirləri zamanı məlum olub ki, Canəhməd Əhmədov dövlət qayğısına ehtiyacı olan şəxslər üçün nəzərdə tutulan dövlət hesabına tikilmiş bir neçə evi İmişli rayonunda hər birini 10000 manata rüşvət müqabilində əldə etmişdir.
Bundan başqa, Canəhməd Əhmədov eyni hərəkətləri Şirvan şəhəri ərazisində etməklə həmin qanunsuz yollarla əldə etdiyi yaşayış mənzilini eyş-işrət məqsədi ilə saxlamışdır. Canəhməd Əhmədov aztəminatlı ailələrdən olan şəxslərin elektrik enerjisinə olan ehtiyaclarını öz üzərinə götürməklə görüşlər vermiş və həmin təbəqədən olan zərif cinsin nümayəndələri olan şəxsləri qanunsuz yolla əldə etdiyi mənzillərə dəvət etməklə onlarla birlikdə ayrı-ayrı vaxtlarda gecələmişdir. Ən marağlı fakt isə bundan ibarətdir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Canəhməd Əhmədovun bu qanunsuz hərəkətlərini bildikdən sonra belə onun barəsində məqsədə müvafiq tədbirlər görməmişdir, bu isə İmişli sakinlərinin narazılığına səbəb olmuşdur.
Qeyd edək ki, “Azərişıq” ASC-nin regional RETSİ İmişli şəhərində yerləşir. Hesab edirik ki, Vüqar Əhmədov Canəhməd Əhmədovun qanunsuz hərəkətlərinə hüquqi qiymət vermək məqsədi ilə onu tutduğu vəzifədən azad edəcəkdir. Əks halda xalq kütləsi arasında Canəhməd Əhmədova qarşı formalaşmış nifrət potologiyası ixtişaşlarla əvəz edilə bilər.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliy Xidmətinin rəisi Əli Nağıyevin tükənməz xidmətləri sayəsində DTX mövcud olduğu dövrdən bu günədək Azərbaycanda bu qədər hörmət və imicli olmamışdır. Hesab edirik ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov həmsoyadlısı Canəhməd Əhmədov barəsində qanuna müvafiq tədbirləri görəcək, onun vəzifədən çıxarılma və cəzalanması istiqamətində hərəkətlər etməklə Canəhməd Əhmədovun qanunsuz cinayət əməllərindən kənar olmasını sübuta yetirəcəkdir.
Murad Azəri,
İmişli



Fikrini bildir