SON XƏBƏRLƏR
Ermənilər Laçın və Kəlbəcərdə diversiya qrupları yaradıb-FOTO

Yazının dərc olunma Tarixi: 2/6/2020

Ermənilər Laçın və Kəlbəcərdə diversiya qrupları yaradıb-FOTO
Nicat Gözəlov,
«Milli Hüquq Evi»nin rəhbəri
Ermənilər Laçın və Kəlbəcərdə diversiya qrupları yaradıb

....Vətənimizin gözəl guşələrini tanıdınızmı fotolarda? Ermənistan könüllülərdən ibarət "VOMA" terror qruplaşması yaradıb, Kəlbəcər, Laçın rayonlarının ərazilərində xüsusi hazırlıqlar keçirlər! Ancaq Ermənistan rəhbərləri "VOMA"-nın acıqlamasını - "Həyatda Qalmaq Sənəti Mərkəzi" kimi veriblər.
Əslində bu terror qruplaşması rəhbərlərinin acıqlamalarında belə qeyd edilir. "İsğal altındakı erməni torpaqlarında qurulmuş düşmən dövlətlərin (Turkiyə və Azərbaycanı nəzərdə tuturlar) məqsədi erməni xalqını yox etməkdir, buna gorə də, mucadilə ancaq ordu ilə olmamalıdır, çətin şəraitə dözə bilən qrup uzvlərimiz yetişdirilməlidir".
Qruplaşmanın maliyyə dəstəyi isə erməni diasporasından gəlir. Terror qruplaşması üçün könüllüləri kecmis kəşfiyyatçı Vova Vardanov toplayır və bir cox xarici olkələrdən, əsasən də, Rusiya, İsrail, Livan, Fələstin, Belçikadan terrorçular toplanır, təlim üçün peşəkarlar cəlb olunur. İzahlarından belə qənaətə gəlmək olur ki, "VOMA" Terror qruplaşmasının kəşfiyyat-diversiya qrupları yaradılıb və nişangahda ancaq hərbçilərimiz deyil.
Müdafiə Nazirliyimiz isə ana dilimizdə növbəti "maraq doğuran" bəyanat verib. Fikrimcə, döyüş bölgəsinə yaxın və sərhəd zolağında yaşayanlarımızdan təhvil alınan "quş tüfəngləri" özlərinə qaytarılmalıdır. Heç kimə etibar yoxdur!!! Allah özümüzə bərəkət versin!
«Təzadlar»dan: Hələ 1993-94-cü ildə «Cırtdan» nağılına istinadla yazırdıq ki: «Div: -Kim yatıb, kim oyaq?». Cırtdan: -Hamı yatıb, Aşot oyaq!».
Bəli, biz həmişə lovğalıqla düşməni özümüzdən qat-qat zəif bilib mürgüləmişik. Həmin «zəif düşmən» isə əsrlərdir bizi qırıb-çatır, torpağımızı yağmalayır, biz isə… Vallah, başımızın bir paslı gülləsi əskikdir! Anlamaq olmur ki, Azərbaycana nə olub, nə gəlib? Niyə belə günə düşüb??? Kim bu günə saldı???



Fikrini bildir