SON XƏBƏRLƏR
Ramiz Mehdiyev, Bəxtiyar Əliyev və Səttar Möhbalıyev Komissiya üzvlüyündən azad edildi

Yazının dərc olunma Tarixi: 8/9/2020

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri və tərkibi dəyişdirilib.
Ramiz Mehdiyev, Bəxtiyar Əliyev və Səttar Möhbalıyev Komissiya üzvlüyündən azad edildi
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev təsdiqlənib.

İndiyədək Komissiyanın sədri Ramiz Mehdiyev idi.

Bundan başqa, əvvəlki tərkibdə olan Əbülfəs Qarayev (sabiq Mədəniyyət naziri), Bəxtiyar Əliyev (Milli Məclisin deputatı), Səttar Möhbalıyev (Milli Məclisinin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri), Elmira Axundova (Milli Məclisin sabiq deputatı Azərbaycanın Uktaynadkı səfiri), Məlahət İbrahimqızı (Milli Məclisinin deputatı), Mehdi Mehdiyev (Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri), Cəmilə Ramazanova (Əməkdar müəllimi) Komissiyanın tərkibindən çıxarılıblar.



Fikrini bildir