SON XƏBƏRLƏR
İQBAL AĞAZADƏ KİMİ - RƏFAEL TAĞIZADƏ YAZIR

Yazının dərc olunma Tarixi: 17/9/2020

İQBAL AĞAZADƏ KİMİ - RƏFAEL TAĞIZADƏ YAZIR
...Elə insanlar var ki, onlar haqqında nə qədər qısa yazmaq istəsən də alınmır. Fikirlər, düşüncələr dar çərçivəyə sığmır. Sığışmır. Çünki o, dost, qohum, bölgə çərçivəsində deyil, ölkə çərçivəsindədir. Düncəsiylə, arzularıyla, əməlləriylə...
Hadisəni dəyərləndirmək, analiz etmək, auditoriyanı ələ almaq, dinləyicini arxasınca aparmaq, natiqlik qabiliyyəti, təşkilatçılıq bacarığıdı lideri başqalarından fərqləndirən əsas cəhətdir.
Lider istənilən çıxışı ilə insanların diqqətini özünə çəkir, onları düşündürür, cazıbəsinə salır.
İqbal Ağazadə kimi.
İqbal Ağazadənin çıxışları həm mövzu, həm də məzmun baxımından dolğundur, əhatəlidir, cəlbedicidir. Məntiqi, güclü səs tembri, hamını heyrətləndirən yaddaşıyla qurulan disskusıyada gözəl bir ortam yarada bilir.
Mövzuya uyğun sərrast danışıq, fikir yetkinliyi, ardıcıllıq və möhtəşəm sonluq da öz yerində.
İqbal bəy fikrini arqumentləşdirərək hər bir məsələyə hamını inandıracaq formada hərtərəfli izah verir.
Qəlbində isə özünə, millətinə, dövlətinə yönəlik bitib tükənməyən arzular.
O, dövləti, milləti düşündürən - onu narahat, təhdid edən məsələlərə bir insan, bir vətəndaş, bir siyasətçi olaraq biganə qala bilmir. İstər bir döyüşçü kimi iştirakçısı olduğu Qarabağ savaşı olsun, istər vətən coğrafiyası, dövlət və dövlətçilik maraqları. Fərq etməz. Çünki vətən, dövlət sevgisi onunçün hər şeydən öndədir. Vətən üçün doğulanlar başqa cür ola bilmir. Başqa cür düşünmür. Budur vətən sevgisi. Budur vətəndaşlıq.
Ölkənin, dövlətin taleyüklü məsələlərinin ən xırda nüanslarına belə ən əhəmiyyətli, vacib məqam kimi yanaşır. Problemin, hadisənin nədən qaynaqlandığını öyrənərək çıxış yolunu göstərır.
İqbal Ağazadə aydın nitqə sahib olduğu qədər də cəmiyyət üzvlərini maraqlandıran araşdırma, təhlil yazıları yazan nadir siyasətçilərdəndir.
Danışığı səlis, yazısı oxunaqlı...
Tanrı siyasətçi kimi lazım olan hər şeyi verən İqbal Ağazadəni xalqını, millətini işıqlı gələcəyə çıxarmaq üçün bəxş edib.
Doğum gününüz mübarək, İqbal bəy!
Yolunuz açıq olsun, Vətən, Millət, Dövlət sevdalısı!
Sizə can sağlığı, millətimizə, xalqımıza, dövlətimizə ÜMİDli gələcək diləyirəm!
Rəfael Tağızadə



Fikrini bildir
TƏQVİM
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31