SON XƏBƏRLƏR
"BAKU MEDİKAL PLAZA"DA PREZİDENTİN QAZİLƏRƏ DƏSTƏK ÇAĞIRIŞINA "YOX" DEYƏN KİMDİR? - ŞOK

Yazının dərc olunma Tarixi: 12/11/2020

"BAKU MEDİKAL PLAZA"DA PREZİDENTİN QAZİLƏRƏ DƏSTƏK ÇAĞIRIŞINA "YOX" DEYƏN KİMDİR? - ŞOK
Döyüş bölgəsində düşmənlə ölüm-dirim müharibəsində olmuş hərbi polis, gizir Müslüm Rəhimlinin 2 aylıq övladı klinikada pula görə girov saxlanılır…

Xalqımız Azərbaycan tarixinin şanlı səhifəsini xalqımıza yaşadan rəşadətli ordumuzun qəhrəmanlıq səhifəsini vərəqlədiyi bir məqamda, "Təzadlar"a döyüş bölgəsində düşmənlə ölüm-dirim müharibəsində olmuş hərbi polis, gizir Müslüm Rəhimlinin 2 aylıq övladı "Baku Medical Plaza"da pula görə girov saxlanılır. Baxmayaraq ki, hər gün uşağın saxlanılmasına görə ailədən 400 manat pul alınıb.

Sonda uşağın atası ən ağır döyüş şəraitində olduğundan pul bir gün ləngidilib, dərhal ana və uşaq ölümü ilə tanınan bir klinikanın rəhbərliyi uşağı və anasını palatadan çıxarıb soyuq koridorda girov saxlayıb evə buraxmayıblar.

***

Beləliklə, Müslüm Rəhimlinin ailəsi klinikadakı bu biabırçılığa son qoyulması üçün Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət yazıb. Surəti "Təzadlar"a göndərilən müraciəti aşağıda təqdim edirik (ailə ilə əlaqə saxlayıb problemi ətraflı öyrəndik, həqiqətən də klinika rəhbərliyi qazilərimizə olan Ali Baş Komandanın dərin hörmətii ilə oyun oynayır. Bu barədə ətraflı bəhs ediləcək):

"Hörmətli Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə!

Çox hörmətli cənab Prezident!


Bizi bu müraciəti etməyə Sizin və Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanımın dünən yaralı qazilərimizlə görüşməyiniz vadar etdi. Siz döyüşçü və qazi hərbçilərimizə o boyda dəstək və diqqət göstərirsiniz, hamını belə ailələrə kömək etməyə çağırırsınız, «Baku Medical Plaza»da isə Sizin bu çağırışınızı eşitmək belə istəmirlər.

Qeyd edək ki, Qarabağ uğrunda döyüşlərdə iştirak edən qardaşım, gizir Müslüm Rəhimlinin 2 aylıq övladı kəskin mədə -bağırsaq xəstəliyindən əziyyət çəkdiyi üçün 06.11.2020-ci il tarixində onu mən «Baku Medical Plazay»a gətirdim (atası döyüşdə idi). Təcili əməliyyat olunmasını və bunun üçün xəstəxanaya 2800 AZN depozit qoyulmasını bildirdilər. Uşağın atasının hazırda Qarabağ döyüşlərində olduğunu və məbləğin yüksək olduğunu bildirsəm də depozit ödənmədən xəstəxanaya qəbul edilməyəcəyi cavabını aldım. Bütün yalvarışlardan sonra 500 AZN depozit ödədikdən sonra körpəni xəstəxanaya qəbul etdilər. Əməliyyat başa çatdıqdan sonra uşağın daha 3 gün əlavə xəstəxanada saxladılar və bunun üçün əlavə 1392 AZN (əməliyyatı edən həkim məcbur olub vətənpərvərlik nümunəsi göstərdi, özünə düşən paydan imtina etdiyi üçün məbləğ azaldı) əlavə ödəniş tələb etdilər. Bildirdik ki, artıq döyüşlər səngimək üzrədir, atası sağ qayıtsın gəlsin, ödəyərik. Başqa girov qoymağımızı da dedik, dedilər ki, bu klinikanın sahibi elə bir adamdır ki, manatı keçməz, ödənməlidir! Körpəni xəstəxanadan çıxarılmasına icazə verilmədi və təsəvvür edin, əməliyyatdan çıxmış körpəni 4 saat koridorda girov saxladılar. Qeyd edilən məbləği dost taniş vasitəsilə tapıb ödədikdən sonra körpəni xəstəxanadan çıxarda bildik.

Cənab Prezident! Xahiş edirəm, bu məsələni diqqətdə saxlayaraq aidiyyəti üzrə tapşırıq verəsiniz. Ata ermənilərlə döyüşdə ikən cəbhəni qoyub Bakıya qaçıb gəlməli idimi? Bu nə münasibətdir?

Siz noyabrın və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdünüz. Sizin «…Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.

Təsəvvür edin, Şuşaya qələbə bayrağı sancılanda və ermənilər girov götürüləndə yəqin ki, bu klinikanın sahibinin ailəsi də əlinə bayraq alıb ağlaya-ağlaya sevinib gülürdü. Bəs o, düşünmürdümü ki, bu qələbəni qazanan hərbçi-döyüşçünün də 2 aylıq körpəsi "Baku Medical Plaza"nın soyuq koridorunda da onun həkimləri tərəfindən girov saxlanılmışdı və o körpə soyuqdan ağlayaraq anasından imdad diləyirdi (həmin video görüntüləri təqdim edirəm).

İnanıram ki, adı daim belə qanunsuz və ədalətsiz əməllərdə hallanan, qiymətləri Avropa səviyyəsi ilə ölçülən "Baku Medical Plaza"ya qarşı ciddi tədbirlər görüləcək".

"Təzadlar" hazırda klinika rəhbərliyi ilə əlaqə saxlamağa çalışır. Nə cavab veriləcəyi artıq şəxsən bizim üçün maraqlı deyil. Burada Prezidentin, Ali Baş Komandanın yüksək dəyər verdiyi hərbçilərimizin ailələrinə olan edilən hörmətsizlikdən gedir…

"Təzadlar"ın Araşdırma Qrupu
(tezadlar.az)



Fikrini bildir