SON XƏBƏRLƏR
Saxta əlillik dərəcəsi alanlara pensiya verilməsi dayandırıldı

Yazının dərc olunma Tarixi: 13/7/2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlliliklə bağlı yaradılmış İşçi Qrupu tərəfindən aparılan araşdırmaların ilkin nəticələri bəlli olub. Bu ilin birinci rübündə risk qrupu xəstəlikləri ilə əlaqədar yanlış əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb və onlara ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb.
Saxta əlillik dərəcəsi alanlara pensiya verilməsi dayandırıldı
Bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na əlavə və dəyişikliklər üzrə təkliflər paketi hazırlanır. Əlillik təyinatının əmək qabiliyyətinin itirilmə faizi əsasında aparılması ilə əlaqədar müasir dünya təcrübəsi öyrənilir və milli səviyyədə tətbiqi məsələləri araşdırılır.



Fikrini bildir