SON XƏBƏRLƏR
Azərbaycanda ögey uşaqlı analara qanunvericiliklə güzəşt olunması təklif edilir

Yazının dərc olunma Tarixi: 2/4/2019

Hesablama Palatası çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların 8 yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınması üçün “Sosial müavinətlər haqqında” qanuna müvafiq dəyişiklik olunması təklif edib.
Azərbaycanda ögey uşaqlı analara qanunvericiliklə güzəşt olunması təklif edilir
“Report” xəbər verir ki, bu, Palatanın 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd olunub ki, təklif üzrə təqdim olunan məlumata görə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi və “Sosial müavinətlər haqqında “ Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb və razılaşdırılmaqdadır.



Fikrini bildir