SON XƏBƏRLƏR
Əhaliyə MÜJDƏ: Bu gözlənilən qərar hamını sevindirəcək

Yazının dərc olunma Tarixi: 3/6/2019

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyatı qurumlarla birlikdə həm əməkhaqları, həm də pensiya sahəsində yeni təkliflər hazırlayır". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Əhaliyə MÜJDƏ: Bu gözlənilən qərar hamını sevindirəcək
O bildirib ki, sosial paketin növbəti mərhələsi hazırlanmaqdadır: "Həm əməkhaqları, həm də pensiyalar ilə bağlı yeni təkliflərimiz olacaq. Azərbaycanın iqtisadiyyatı gücləndikcə, gəlirlər artdıqca, ölkə başçısının əsas niyyəti bu gəlirin ilk növbədə əhalinin sosial müdafiəsinə yönəldilməsidir. Buna görə də Prezidentin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyatı qurumlarımızla birlikdə həm əməkhaqları, həm də pensiya sahəsində yeni təkliflər hazırlayıb. Yaxın günlərdə biz bu təklifləri ölkə başçısına təqdim edəcəyik".



Fikrini bildir