SON XƏBƏRLƏR
Heydər Əliyev Fondu şəhid anasına yeni mənzil hədiyyə edib

Yazının dərc olunma Tarixi: 13/7/2019

Ağdam rayonundan məcburi köçkün düşən tənha yaşayan 89 yaşlı Qənirə Əmrahovaya Heydər Əliyev Fondu tərəfindən rayonun Evoğlu kəndində hərtərəfli şəraitə malik yeni mənzil hədiyyə edilib.
Heydər Əliyev Fondu şəhid anasına yeni mənzil hədiyyə edib
APA-nın Qarabağ bürosunun xəbərinə görə, iki otaqdan ibarət olan yeni mənzil yataq dəsti, mətbəx mebeli və digər zəruri avadanlıqlarala təchiz edilib.

Q.Əmrahova APA-ya açıqlamasında ona göstərilən diqqət və qayğıya görə, ölkə prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, Q.Əmrahovanın üç övladı və bir nəvəsi Qarabağ müharibəsində şəhid olub.



Fikrini bildir