SON XƏBƏRLƏR
"İNTİHAR ETMƏK HƏDDİNDƏYİK"

Yazının dərc olunma Tarixi: 14/9/2020

Göyçay sakini dövlət başçısından kömək istəyir
"İNTİHAR ETMƏK HƏDDİNDƏYİK"
Göyçay rayonunun Müskürlü kənd sakini Qəhrəmanova Arzu Əlisəfa qızı Pravdainfo.org-a Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə ünvanlı müraciətini göndərib. Müraciətdə Göyçay RİH rəhbərliyinin diqqətsizliyindən, Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinin müdirinin onların hazırkı durumunu nəzərə almadan qərar verməsindən narazı qalan şikayətçinin acınacaqlı vəziyyətdə yaşamasından söz açılır.

Müraciətdə deyilir:

"Himayəmdə olan 5 azyaşlı uşaqla aclıq, yoxsulluq içində yaşamağa məhkum olmuşuq. Böyüyünün 12, kiçiyinin 3 yaşı olmaqla himayəmizdə 5 uşaq var. Özüm isə 6 aylıq hamiləyəm. Həyat yoldaşım işsizdir, heç bir yerdən gəlirimiz yoxdur. Günlərlə quru çörək belə tapmırıq. Bu səbəbdən azyaşlı uşaqlarım xəstəlik tapıb. Ünvanlı sosial yardım təyinatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinin müdirinin qəbulunda olduq. Bizə dedi ki, həyat yoldaşın Qəhrəmanov Cümşüd Yunis oğlunun adına torpaq sahəsi var, ona görə sizə sosial yardım düşmür. Mən onları başa salmağa çalışdım ki, həmin torpaq əkinə yararlı deyil, şorandır, həmçinin su böhranına görə torpaq əkib, gəlir götürmək mümkün deyil. Buna baxmayaraq, DSMF-nin Göyçay rayon şöbəsi 5 azyaşlı uşağın aclıqdan ölməsini nəzərə almadı. Həyat yoldaşım hazırda həyət süpürgəsi yığıb bağlayıb yolun kənarında satmaqla məşğuldur ki, gün ərzində 2-3 manat pul qazanır. Bu isə quru çörəyimizə belə güclə çatır. Bu məşğuıiyyət isə cəmi 15 günlükdür.

Dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qəbulunda olub həyat yoldaşımı və mənim işlə təmin olunmağımıza köməklik göstərməsini xahiş etsək də, əhəmiyyət verməyib. Çünki o indiyə qədər heç bir Göyçay rayon sakininə kömək etməyib.

Bəlkə də Azərbaycanda bizim kimi aclıq, səfalət, yoxsulluq içində yaşayan ikinci bir ailə yoxdur. Evimiz çiy kərpicdən inşa edilib. Köhnə və yaşamağa yararsızdır. İmkansızlıqdan bu il uşaqlarımız məktəbə oxumağa getməyəcək. Çünki onların paltar və ayaqqabıları yoxdur. Qohum-qonşuların verdiyi quru çörəklə nə vaxta kimi zülm çəkib yaşayacağıq. Artıq intihar etmək həddindəyik.

Ancaq yenə də ümidimi üzməmişəm ki, Azərbaycan Respublikasının İlham Əliyev kimi ədalətli Prezidenti və Mehriban xanım Əliyeva kimi mərhəmətli Birinci vitse-prezidenti var.

Hörmətli cənab Prezident!

Hörmətli Mehriban xanım!


Sizə yalvarıram, 5 azyaşlı uşağımı aclıqdan məhv olmağa qoymayın, bizim ailəyə ünvanlı sosial yardım təyin olunmasına köməklik göstərin".

KAMİL



Fikrini bildir
TƏQVİM
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31