SON XƏBƏRLƏR
Zəlzələ nəticəsində Şamaxı rayon təcili yardım stansiyasına 20 çağırış daxil olub

Yazının dərc olunma Tarixi: 6/2/2019

Zəlzələ nəticəsində Şamaxı rayon təcili yardım stansiyasına 20 çağırış daxil olub
Fevralın 5-də ölkə ərazisində qeydə alınan yeraltı təkanlar nəticəsində Şamaxı rayon təcili yardım stansiyasına 20 çağırış daxil olub.
“Report”un Şirvan bürosunun məlumatına görə, Şamaxı Rayon İcra Hakimiyyəti və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları ərazilərə baxış keçiriblər. Evi uçan və ya qəzalı vəziyyətə düşən sakinlərə evlərə yaxın getməmələri tövsiyə olunub.
Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.
ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.



Fikrini bildir
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28