SON XƏBƏRLƏR
Əli Kərimlini kim gizlətdi? - Eynulla Fətullayev yazır - VİDEO

Yazının dərc olunma Tarixi: 23/7/2020

Hakimiyyət ölkədə ali hakimiyyətə iddia edən mariginal-lümpenləşmiş müxalifətin ən passionar hissəsinin yaşamı üzərindəki sirr pərdəsini qaldırdı. Virtual diskussiyanın internetdən götürülmüş gizli çəkilişi bizlərə hakimiyyətin siyasi alternativi qismində çıxış edən insanların qüsurlu, natamam daxili aləmlərini açıb göstərdi. Reallığın stereotip təqdimatını, həqiqətə subyektiv münasibətdən çıxış edərək, bir kənara atmaq olar. Bu, insanın postfeodal cəmiyyətində toxunulmaz şəxsi azadlıq hüququdur. Amma bu siyasətçilərin əvvəlcədən hazırlanmış, ağıllı görkəm verilmiş və kütlənin hissləri ilə oynayan publik çıxışlarından fərqli olaraq bu videoyazılar qarşımıza kütlənin hissləri ilə, ictimai əhval-ruhiyyə və istənilən cəmiyyət üçün təbii olan sosial etirazlarla oynayan bu siyasətçilərin əsl obrazını və sosial-mədəni səviyyəsini çıxarır.

Əli Kərimlini kim gizlətdi? - Eynulla Fətullayev yazır - VİDEOBu adamlar nəinki demokratiyanın doğuluş formasını təmsil etmir, həmin “xadimlər” əxlaqi mədəniyyətdən, mənəvi tamlıqdan, şəxsi ləyaqətdən, elementar daxili etik instansiyalardan da uzaqdır. Pərdə götürülüb və bizim qarşısımızda “çılpaq siyasətçilər” dayanıb. Bu adamlar üçün yeganə universal dəyər kütlə ilə oynamaq, onun əhval-ruhiyyəsini ifadə etməkdir. Onlar ancaq kütlənin eşitmək istədiyini deyirlər. Heç bir siyasi təşviqatdan söhbət getmir. Onların kortəbii fəaliyyəti böyük çaxnaşmalar və ölkədə qızğın inqilabi prosesin aralıq formasının toxumlarını səpmək yanğısı üzərində qurulub. Yeni çaxnaşmaların baş verməsinə qədər. Dağıdıcı inqilabdan doğulmuş qeyri-formal siyasətçilər evalyusiyaya əsaslanan ictimai inkişafda yad cismlərdir... Lakin Əli Kərimlinin mətbəx bürokratiyasının mənəvi portretinə qayıdaq.

“İnqilabi hərbi şuranın” (bolşeviklərin “Revvoensovet”-inə eyhamla) iclası hakimiyyətlə mübarizədə tərəfdaşlarının mənəvi sifətinin müzakirəsinə həsr olunub. Və nəyə görəsə müxalifətin qəzəbinə tuş gələn “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin ictimai fəaliyyətidir. Müxalifət sıralarındakı azsaylı dürüst və təmiz adamlardan birinin. Hansı ki, şişirtmədən onu müstəqil jurnalistikanın nümayəndələri sırasına aid etmək olar. M.Əliyev müxalifətdən də, hakimiyyətdən də eyni məsafədə dayanır. Bəli, Mehman həmişə küləyə qarşı gedən adamdır. Lakin bununla belə özünün yaratdığı “Turan” agentliyni daim siyasi proseslərdən keçirib apara bilən təcrübəli jurnalist həmişə quruluşun radikal dəyişikliyini rədd edərək ehtiyatlı və ölçülüb-biçilmiş dəyərləndirmələrlə çıxış edib. Elə vaxtlar olub ki, M.Əliyev təqib olunan müxalifətçilərin informasiya müdafiəsini də üzərinə götürüb. Heç də onlara siyasi simpatiyasına görə deyil, həmrəylik hisslərinə görə.

Amma budur, müxalif elita öz tərəfdaşının fəaliyyətini və xidmətlərini görün necə qiymətləndirir.

Əvvəlki reportajlardan oxuculara yaxşı tanış olan lovğa yalançı ədliyyə generalı Vidadi Mirkamal trotskisayağı saqqalı ideoloq Qənimət Zahidə bu sualla müraciət edir: “Bu Mehman Əliyev necə də prinsipsiz adamdır. Bu nə reveranslardır ki, o hakimiyyət tərəfə edir?”.

Q.Zahid istehza ilə cavab verir: “Mehman Əliyev İlqar Məmmədovun yolunu gedir, amma o hələ yolun yarısını gedib”.

Məcburi xatırlatma

Milli demokratlar “realçıların” lideri İlqar Məmmədovu opportunizmdə və təslimçilikdə günahlandırırlar. Yəqin ki, milli demokratlar həqiqətdən elə də uzaqda deyillər, axı dörd ildən çox həbsxanada oturan Məmmədov oxlokratiyanın gözləntilərini yanıltdı. Və barrikadalara cummadı, hakimiyyətlə konstruktiv əməkdaşlıq formasını seçdi. Hərçənd milli demokratların elektoratı onunla bağlı həddən artıq şişirdilmiş gözləntilərini ifadə etmişdi. Axı İlqar Məmmədov səs-küylü həbsinə qədər Azərbaycan siyasətində mərkəzçi-klan konsepsiyasının (Etibar Məmmədovun göstərdiyi) tərəfdarı olaraq milli demokratların ən ardıcıl tənqidçilərindən biri idi. Bunu düşünmək sadəlövhük olardı ki, hətta hakimiyyətlə birbaşa toqquşmadan sonra da İ.Məmmədov Kərimli və Milli Şura ilə bir sırada dayanacaq.

Qənimət Zahid hesab edir ki, Mehman Əliyev də eynilə bu cür hakimiyyətə işləmək yolunu seçib. Hansı ki, bu məsələdə birmənalı şəkildə yanılır. Bundan başlayaq ki, Qənimət Zahidin özünün Mehman Əliyevin hərəkətlərini mühakimə etməyə mənəvi haqqı yoxdur. Heç olmasa şəxsi keyfiyyətləri və mənəvi sifəti baxımından. “Azadlıq” qəzetinin redaksiyası “Turan” agentliyinin redaksiyası ilə eyni binada yerləşirdi. Və jurnalistlərə Q.Zahidin amoral hərəkətləri, oliqarxlarla , məmurlarla və hakimiyyətin müxtəlif qanadları ilə separat sövdələşmələrə girməsi yaxşı məlumdur. Q.Zahid marağını güdən adamdır və həmişə “sızma” məlumatlarla işləyib. Bundan əlavə, redaksiya üçün ən ağır vaxtlarda əmək haqqı fondunu həmkarlarından gizlədib. 2004-cü ildə polislər Q.Zahidi kafelərdən birində qədim peşə sahibləri ilə yaxalamışdı və onun çantasında 15 min dollardan çox pul tapmışdı. Elə bir vaxtda ki, “Azadlıq” qəzetinin redaksiyası və jurnalistləri sözün əsl mənasında yoxsulluq çəkirdi, aylarla əmək haqqı almırdı.

Lakin həmin dövrlərdə Mehman Əliyev düzgün qurulmuş redaksiya siyasəti və reklam srategiyası sayəsində öz agentliyinin müstəqilliyini qoruyub saxlaya bilmişdi. Və budur, indi Q.Zahid Mehman Əliyevin və “Turan” agentliyinin barəsində bu cür aşağılayıcı tonda danışır. Hakimə bax!

***

Qızğın mübahisələri tretey hakimi Gültəkin Hacıyevə nizamlamaq fikrinə düşür. Yada salmaq lazımdır ki, G.Hacıyeva bütün gəncliyini hakim partiyanın və Milli Məclisin divarları arasında, Prezident Administrasiyasının və məmur bürokratiyasının çevrəsində keçirib! Mandatdan, hakim elitadakı üstünlüklərindən məhrum olanda isə Hacıyeva heyvani qisas hissləri ilə milli demokratların tərəfinə keçib. Lakin bu gün Hacıyeva müxalifətin baş arbitridir: “Mən Vidadi Mirkamalın narahatlığını başa düşürəm, lakin Mehman Əliyevi İlqar Məmmədovla müqayisə etmək tezdir”. Heç demə, Mehman Əliyev sifətini və siyasi müdrikliyini hələ sonadək itirməyibmiş.

Və dərhal siyasətdə əxlaq keşikçisi İlqar Məmmədovun digər tərəfdaşının-tanınmış ekspert və iqtisadçı Natiq Cəfərlinin üzərinə gedir: “Realçılardan qaçın! Təsəvvür edə bilməzsiniz o necə yaramaz, alçaq, ikrah doğuran biridir...”. Oy-oy-oy! Yazıq, yazıq Natiq! Ədalət naminə deyək ki, Natiq Cəfərli müxalifətdəki azsaylı savadlı və peşəkar ekspertlərdən biridir. Ağıllı, oxumuş, savadlı, ziyalı adamdır. Amma N.Cəfərli ideya müxalifətçisidir, iki ay həbsdə də oturub və bu günə qədər hökumətin iqtisadi siyasətini ardıcıl şəkildə tənqid edir.

Dərhal Qənimət Zahidin atmacası eşidilir: “Natiq Cəfərli tərbiyəsizdir!”

Kimsə daha təhqiramiz söz işlədir: “Şərəfsizin biridir!”

Hamısı bir ağızdan təsdiqləyir: “Hə, hə...”

Amma milli demokratların müzakirələrini saxta ədliyyə generalı Mirkamalın təklifi yarımçıq kəsir: “Bəlkə mən iclasımıza Əli Kərimlini də qoşum. Budur, o internetdədir, bizimlədir”.

Daha bir məcburi xatırlatma

Saxta generalın gözlənilməz replikası bir çox suallar yaradır. Budur, artıq neçə aydır ki, müxalifət hakimiyyəti Əli Kərimlini təqib etməkdə günahlandırır. Milli Şura bəyan edir ki, hakimiyyət Kərimlinin mənzilində interneti birdəfəlik kəsib, lider ətraf aləmdən təcrid olunub, de-fakto ev dustaqlığındadır...O zaman bu necə olur? Əgər milli demokratların liderinin mənzilində internet kəsilibsə, o zaman Mirkamal Kərimlini virtual iclasa necə qoşmağa hazırlaşır? Doğrudanmı təqiblər haqda deyilənlər quramar və tamaşadır?

Cəbhəçilərin mərkəzi komitəsinin üzvü Vahid Məhərrəmov söz alır: “Qətiyyən! Lazım deyil! Qoşmayın!”

Bu nə marazmdır? Əgər Kərimlinin partiyadaxili debatlara qoşulmaq imkanı varsa, nəyə görə Məhərrəmov israr edir ki, liderini Milli Şuranın iclasına qoşmasınlar? Və nəyə görə iclas iştirakçıları Kərimlinin özünün mövqeyini soruşmurlar? Axı o da şəbəkədədir? Doğrudanmı ətrafı liderlə oyun oynayır? Və AXCP liderindən nəyi gizlədir? Kim və nəyə görə onun müzakirələrdə iştirakını istəmir?..

Milli demokratlar bu suallara cavab vermədən gündəmin ən başlıca məsələsinə-partiyadaşları tərəfindən “Balbes” ləqəbi qazanmış Rahim Hacıyevə ələ salmağa keçirlər.

Vahid Məhərrəmov: “Rahimdə ciddi informasiya var!” Hamı gülür. Qənimət Zahid sevimli məşğuliyyətinə-partiyadaşını və tərəfdaşını aşağılamağa başlayır: “Bu “balbes”də hansı ciddi informasiya ola bilər ki?! Rahim və ciddi informasiya?”.

Gültəkin gülməkdən uğunur. İclas sevimli formatına-bazar qeybətinə keçir. Yaxşı ki, virtual aləmdə. Allaha şükür ki, hakimiyyət “Məhsul” stadionunu bağlayıb. Yeri gəlmişkən, bazar meydanını dağıdan hakimiyyətin danılmaz həqiqətini dərk etmək üçün bu videosüjetə baxın.




Fikrini bildir