SON XƏBƏRLƏR
Həkimlər yaxınlaşan infarktın gözlənilməz simptomunu aşkar etdi

Yazının dərc olunma Tarixi: 9/9/2020

Həkimlər yaxınlaşan infarktın gözlənilməz simptomunu aşkar etdi
İnfarktdan əvvəl təngənəfəslik və sinə ağrısı ilə bağlı ənənəvi simptomlara amerikalı mütəxəssislər daha birini əlavə edib.

Xarici mətbuat xəbər verir ki, Florida Dermatoloji və Dəri Xərçəngi Mərkəzinin alimləri tez-tez insan dərisində özünü göstərən əlavə simptomu müəyyən edib. Bu simptom ən çox ovuc və barmaqlarda lokallaşan Osler düyünləridir.

Mərkəzin mütəxəssisləri bildirib ki, məhz bu simptom infeksion endokarditin olacağına işarə edir. İkincisi, ürək-damar xəstəliklərinin və infarktın inkişafına səbəb olur.
Kardioloqların sözlərinə görə, pəhriz və həyat tərzindəki dəyişikliklərin köməyi ilə ilkin mərhələdə ürək-damar xəstəlikləri ehtimalını dərman olmadan xeyli azaltmaq mümkündür.



Fikrini bildir